"Unibank"ın dəstək olduğu Milli Paralimpiya komandası Tokio-2020-də iştirak edəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Unibank"ın dəstək verdiyi paralimpiya komandasının üzvləri gələn ilin yayında Tokioda keçiriləcək Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcəklər. Azərbaycan Milli Paralimpiya Komitəsinin Güllə atıcılığı üzrə milli paralimpiya komandasının iki idmançısı -Yelena Taranova və Kamran Zeynalov Avstraliyada keçirilən dünya çempionatında yüksək nəticə göstərərək, Tokio-2020-yə lisenziya qazanıblar.
Güllə atıcılığı üzrə milli paralimpiya komandasının baş məşqçisi Əkbər Muradov bildirib ki, indi komandanın qarşısında duran əsas məsələ 2020-ci ildə keçiriləcək Yay Paralimpiya Oyunlarında qələbə qazanmaqdır: "Qarşımızda məsuliyyətli və ağır bir məşq prosesi durur. İnanırıq ki, idmançılarımızın səyi və daim bizim yanımızda olan Unibank komandasının dəstəyi ilə Tokiodan qələbə ilə qayıdacağıq. İdmançılarımızın bunu bacaracağına inanıram".
Tokio-2020-yə lisenziya qazanmış paralimpiyaçı Yelena Taranova da Avstraliya çempionatının nəticələrini çox uğurlu hesab edir: "Səfərimizdə hədəfimizə nail olduq. Lisenziya qazandıq. Artıq Tokio-2020-yə hazırlaşmaq dövrüdür. Güllə atıcılığı idmanı dünyada çox sürətlə inkişaf edir. Rəqiblərimiz çox güclüdür. Ona görə də ciddi hazırlaşmalıyıq".
Komanda üzvü Kamran Zeynalovun da ən böyük arzusu da Tokioda Azərbaycan bayrağını qaldırmaqdır: "Çox sevincliyəm ki, Tokio-2020 oyunlarına lisenziya əldə etdik. Mən buna görə Unibanka çox təşəkkür edirəm. İki ildir hər addımımızda bizimlədir, komandamızın yanındadırlar. "Unibank"ın dəstəyi olmasaydı biz çempionata belə inamla hazırlaşa, qələbəyə hədəflənə bilməzdik".
Qeyd edək ki, indiyədək Yay Paralimpiya Oyunlarında ölkəmizə iştirak hüququ qazandıran dörd lisenziyadan ikisi məhz "Unibank"ın dəstək verdiyi komanda tərəfindən qazanılıb.
Unibank Tokio-2020-də paralimpiyaçılara böyük qələbələr arzulayır!
Unibank - hər kəsin bankı!
DİGƏR XƏBƏRLƏR
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
-
Azərbaycan neftinin qiyməti 128 dollara çatdı
XƏBƏR LENTİ
-
12 il əvvəl "qətlə yetirilən" qadın sağ tapıldı
-
Hansı bakalavr ixtisasları 3 illik ola bilər? - (Video)
-
Beş bürc uğur və sərvət qazanacaq
-
Sinqapur kitab oxuyanlara pul verəcək
-
Süni intellektlə hazırlanan dərman qocalmanı ləngitdi
-
Yatanda işığı açıq saxlamaq ürəyə ziyandır
-
Bu aylarda doğulanların taleyi dəyişəcək
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)





