IIF: Azərbaycan iqtisadiyyatı artımını davam etdirəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ucuz xammal qiymətlərinə və regional iqtisadiyyata təsir göstərən Rusiya ilə Çində artımın aşağı templərinə baxmayaraq Azərbaycan iqtisadi artımını davam etdirəcək.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutunun (IIF) Qafqaz və Mərkəzi Asiya üzrə hesabatında deyilir.
Hesabata əsasən, Azərbaycan öz iqtisadiyyatının genişləndirilməsi prosesindədir, bu il ümumi daxili məhsulun 2,8 faiz artacağı proqnozlaşdırılır. Analitiklər gələn il üçün də, 2,9 faiz həcmində artım proqnozlaşdırır.
Hesabatda o da qeyd olunur ki, ölkədə struktur iqtisadi islahatlar davam edir və qeyri-neft sektoru getdikcə daha böyük rol oynayır:
"Milli valyutanın denominasiyası və xüsusilə də Azərbaycanda və Qazaxıstanda daha çevik məzənnəyə keçilməsi hökumətlərə ilk növbədə neft bazarlarındakı vəziyyətlə bağlı yaranan xarici təzyiqin öhdəsindən gəlməyə imkan verdi. Bu, rəqabətqabiliyyətliliyi artırdı və xarici şokların təsirini azaltmağa imkan verdi. 2018-ci ildə və 2019-cu ilin ilk yeddi ayı ərzində dollara nisbətdə məzənnə kursu ümumilikdə sabit qalıb ki, bu inflyasiya təzyiqinin qarşısını almağa kömək edib".
IIF analitiklərinin fikrincə, Azərbaycanda artım "Cənub Qaz Dəhlizi"nin açılması və xidmət sahəsinin daha da təkmilləşməsi ilə əlaqədardır. Cənub Qaz Dəhlizi karbohidrogenlərin, xüsusilə də təbii qazın hasilatını artırmağa imkan verməlidir. Onun aparıcı elementi olan Trans-Adriatik boru kəməri 2020-ci ildə "Şahdəniz" yatağından Avropaya ildə 10 milyard kubmetr təbii qazın tədarükünə başlamağa imkan verəcək.
Ölkənin həm büdcə, həm də cari hesabları profisitdədir və neft qiymətlərindəki müsbət dəyişikliklər qızıl-valyuta ehtiyatlarının artmasına kömək edib. 2019-cu ilin birinci yarısında yük daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz artıb.
SOCAR tərəfindən neft və qaz hasilatı 2018-ci il səviyyəsindədir, xam neft ixracı cüzi artıb, təbii qaz, emal olunmuş neft və neft məhsullarının ixracı isə əhəmiyyətli dərəcədə artıb. Eyni zamanda ölkə Şərqi Avropaya xalis elektrik enerjisi ixracatçısına çevrilib.
Ölkədə struktur islahatlar davam edir. Azərbaycan "Doing Business" reytinqində 25-ci yerədək yüksəlib və göstəricilərin əksəriyyətinə görə ilk əlliliyə daxildir.
Bundan sonrakı dövr üçün qarşıda duran tapşırıq şaxələndirməyə, inteqrasiyaya və özəl sektorun imkanlarının genişləndirilməsinə xidmət etməkdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət
-
“Qəbələ”nin məşqçilər korpusunda iki yenilik
-
Piter Magyarın toxunulmazlığı ləğv edildi
-
Mustafa Sandaldan 11 milyardlıq qalmaqalla bağlı açıqlama - (Foto)
-
Azad edilmiş ərazilərdə 1673 mina və sursat zərərsizləşdirildi
-
Qış gəlməmiş bunu edin - Qaz pulunuz çox gəlməsin
-
ABŞ gəmisi vuruldu - 8 hərbçi yaralandı
-
Bu il neçə köhnə cinayətin üstü açılıb? - Baş prokuror açıqladı
-
Zelenski hücumda ölən azərbaycanlı Abbasla bağlı başsağlığı verdi
-
Yasamalda yaşıllığı məhv edərək hotel tikirlər? - (Video)
-
Tramp süni intellektlə bağlı bəyanat verəcək
-
Əsgərlər hansı hallarda xidməti başa vurmadan evə qayıda bilər?
-
Azərbaycanlılara qarşı müharibə cinayəti törədənlərə layiqli cəzalar verilib - Baş Prokuror
-
Vətən müharibəsi qazisi, tanınmış aşpaz vəfat etdi
-
Kiyevdə dron hücumu zamanı azərbaycanlı öldü - (Foto)
-
Milli Məclisdə 16 mühüm məsələ müzakirə olunacaq
-
Yük maşını sürücülərinə xəbərdarlıq: Bunları etməyin
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
Estetik əməliyyat sonra paylaşımı gündəm oldu: “Zənginsinizsə, çirkin deyilsiniz!”
-
Prezidentin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - Dosye
-
İstanbul su altında qaldı - (Video)
-
Prezident İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib
-
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - Sərəncam
-
Bakıda yeni tunel tikiləcək: Nəqliyyatın hərəkəti dəyişdirilir - (Video)





