İqtisadiyyat

Bakı - Şarm əl - Şeyx - Bakı birbaşa çarter reysi açılıb

15 İyun 2019 21:21
0 Şərh     Baxış: 1 112
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakı - Şarm əl - Şeyx - Bakı birbaşa çarter reysi açılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə bu gün Bakıda keçirilən mətbuat konfransında Misirin turizm naziri Raniya əl-Maşat bildirib.

Onun sözlərinə görə, bu reys müntəzəm xarakter daşıyır və cari ilin 18-dən etibarən hər cümə axşamı həyata keçiriləcək.

Bakı ilə Şarm əl-Şeyx arasında birbaşa uçuşların açılması Azərbaycanla Misir arasında səyahət müddətini əhəmiyyətli dərəcədə azalda və bütün narahatlıqları aradan qaldıra bilər.

Beləki, uçuş vaxtı cəmi 3 saat təşkil edir. Reys "SCAT Airlines" şirkəti tərəfindən açılıb və rahat Boeing 757-200 təyyarələr vasitəsilə həyat keçiriləcək.

Turun minimum qiyməti 399 dollar və yuxarıdır. Qiymətə sığorta, ərzaq, transfer və digər bonuslar daxildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.