İqtisadiyyat

"Fitch": Azərbaycanda qaz hasilatı artacaq

3 İyun 2019 14:08
Baxış: 1 067
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il neft qiymətlərinin 65 dollar səviyyəsində olacağı gözlənilir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə "Fitch Ratings" agentliyinin Avropada suveren fondlar üzrə direktoru Marina Stefani deyib.

Onun sözlərinə görə, 2020-ci ildə neftin qiyməti 62,5 dollar səviyyəsində olacaq.

Ekspert onu da qeyd edib ki, Azərbaycanda qaz hasilatı "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi sayəsində artacaq.

Qeyd edək ki, "Şahdəniz" yatağının işlənməsi ilə bağlı müqavilə 1996-cı ilin iyununda imzalanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.