İqtisadiyyat

Bank VTB (Azərbaycan) ADA universitetinin layihəsində iştirak edib - FOTO

17 May 2019 19:00
Baxış: 1 038
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bank VTB (Azərbaycan) ADA universitetinin "Capstone project" layihəsində iştirak edib. Bankın əməkdaşlarının rəhbərliyi altında tələbələr ticari maliyyələşmə imkanlarını araşdırıb.

3 ay ərzində akademiyanın tələbələri VTB (Azərbaycan)-ın nümayəndələri ilə birgə ixrac sahəsində bankın inkişaf perspektivlərini, eləcə də ticari maliyyələşmə portfelinin diversifikasiya imkanlarını qiymətləndirib. Tədqiqat işinin nəticələrini VTB (Azərbaycan)-ın əməkdaşları və akademiyanın professorları qiymətləndirib. Layihənin yekunu nəticəsində bank tələbələrə sertifikat və həvəsləndirici hədiyyələr təqdim edib.

"Belə layihələr həm tələbə, həm də işəgötürənlər üçün çox vacibdir. Bu layihələr çərçivəsində məzunlar müəyyən sahə üzrə təcrübə əldə edir. Biz ölkənin əsas ali təhsil müəssisələri ilə fəal şəkildə çalışırıq, tələbələrə təlim keçirir və onları gələcəkdə işə qəbul imkanı verən təcrübə keçməyə dəvət edirik" -deyə, bank VTB (Azərbaycan)-ın İnsan resursları  idarəsinin rəisi Asiya Haqverdiyeva bildirib.

Arayış üçün

Capstone project -müəyyən mövzu üzrə tələbələrin biliklərinin praktiki tətbiqini nəzərdə tutan ADA universitetinin layihəsidir. Layihə diplom işinin alternativi hesab olunur. Hər il layihəyə iri şirkət və təşkilatlar dəstək olur. Şirkət nümayəndələrinin köməkliyi ilə məzunlar müxtəlif mövzuları tədqiq edir və onların nəticəsində konkret təkliflər hazırlayır. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.