Problemli kreditlər üzrə kompensasiyaların ödənilməsi üçün 430,6 mln. manat ayırılıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Maliyyə Nazirliyi fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiyaların ödənilməsi üçün üç tranş çərçivəsində ümumilikdə 430,6 mln. manat ayırıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib.
Onun sözlərinə görə, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Maliyyə Nazirliyinə təqdim olunan siyahı əsasında 8-14 may tarixlərində müvafiq olaraq 53,5 mln. və 26,3 mln. manat vəsait bankların Mərkəzi Bankdakı müxbir hesablarına köçürülüb.
M.Piriyev qeyd edib: "Bundan əvvəl, 19 aprel tarixində Maliyyə Nazirliyi tərəfindən 350,8 mln. manat həcmində ilk tranş da nəzərə alınmaqla, bu günkü tarixə umumilikdə 430,6 mln. manat kompensasiya məbləğinin bankların, ləğvetmə prosesində olan bankların və poçt operatorunun Mərkəzi Bankdakı hesablarına köçürülməsi təmin edilib".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Qoy işığı söndürüm" - Hamının zarafata çevirdiyi mahnı necə yarandı?
-
Qarın piyinin səbəbi çox yemək deyilmiş
-
Bunu görsəniz... Heç vaxt mağazadan suşi almayın
-
Stomatoloqların sirri - Diş minasını zədələməmək üçün bunları edin
-
Smart televizorlar baxdıqlarınızı izləyir: hansı brendlər məhkəməyə verilib?
-
Dövlət satınalmalarının 51 faizindən çoxunda qiymət fərqi 20 faizi ötüb - Vüqar Gülməmmədov
-
Azərbaycanda kimlər əsgərliyə çağırılmır?
-
Ağdamda açıq ərazidə başlayan yanğın 4 kəndin ərazisinə yayılıb
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib - (Video)
-
Yevlax sakini həmyerlisini qətlə yetirib
-
Tramp yenidən prezident olmaq istədiyini bildirib
-
Oksana və oğlu Batumidə xəstəxanaya düşdü
-
Rezai: ABŞ Prezidenti çarəsiz vəziyyətə düşüb
-
Göyçayda piyadanı maşın vurdu
-
UEFA Avropa Liqası: "Qarabağ" - ÇSKA oyununda qalib müəyyənləşməyib
-
“Zirə” ilk matçda “Payde”yə məğlub oldu - Konfrans Liqası
-
Hindistanda etirazlara görə paytaxtda mobil interneti söndürdülər
-
Rusiyalı qapıçı matç zamanı öldü
-
Araz Ağalarovdan 1,68 milyardlıq tələb
-
Cəbrayıl rayonunda mina partladı, 1 nəfər xəsarət aldı
-
Xankəndidə kafedə yanğın, iki nəfər yaralandı
-
Gəncədə iki bacını avtomobil vurdu
-
6 ayda hərəkətdə olan sərnişin qatarlarına 21 dəfə daş atılıb
-
"Brent" nefti yenidən 100 ABŞ dollarını ötdü





