İqtisadiyyat

Bu ilin ilk ixrac missiyası Çinə təşkil olunacaq

23 Fevral 2019 08:23
0 Şərh     Baxış: 565
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə bu ilin ilk ixrac missiyası fevralın 25-də Çin Xalq Respublikasının Pekin şəhərinə təşkil ediləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, missiyaya qida, şərab və digər spirtli içki istehsalı sahəsində fəaliyyət göstərən 16 Azərbaycan şirkəti daxildir.

Səfər çərçivəsində Azərbaycan iş adamları Çin şirkətləri ilə məhsulların ixracına dair müzakirələr aparacaq, potensial alıcılarla görüşəcəklər. Bununla yanaşı, Çin və Azərbaycan şirkətlərinin iştirakı ilə Dəyirmi Masa və Azərbaycan şərablarının dequstasiyası təşkil olunacaq.

İxrac missiyası 1 mart tarixinədək davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.