İqtisadiyyat

Xəzərin dibi ilə fiber-optik kabel magistralı çəkilə bilər

10 Yanvar 2019 20:10
Baxış: 703
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda Azərbaycan, Əfqanıstan və Türkmənistan rəsmiləri arasında transmilli fiber-optik magistrallar üzrə əməkdaşlıq imkanlarının müzakirə olunması məqsədilə üçtərəfli görüş keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, görüşdə nazir Ramin Quluzadə, Əfqanıstanın rabitə və informasiya texnologiyaları naziri Şahzad Aryobi, həmçinin adıçəkilən ölkənin maliyyə naziri Məhəmməd Humayun Qayomi, Türkmənistanın "Aşqabat Şəhər Telefon Şəbəkəsi" Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru Yusup Kerimov, "Türkməntelekom" şirkətinin baş direktor müavini Durdelı Atayev və Əfqanıstanın Azərbaycandakı səfiri Xeyrullah Spelenay iştirak ediblər.

Üçtərəfli görüş zamanı Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibi ilə "Siyəzən-Türkmənbaşı" fiber-optik kabel magistralının çəkilməsi, o cümlədən Türkmənistan ərazisi ilə Əfqanıstanın internetlə təmin olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb, bununla bağlı texniki-iqtisadi əsaslandırma işlərinin həyata keçirilməsi məqsədilə üç ölkənin mütəxəssislərinin iştirakı ilə birgə işçi qrupun yaradılması qərara alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.