İqtisadiyyat

"2017-ci ildən etibarən..."

18 İyun 2018 22:31
0 Şərh     Baxış: 1 116
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

OPEK-in prezidenti və Birləşmiş Ərəb Əmirliklərinin Energetika və Sənaye naziri Suheil əl-Mazrui bazar ertəsi bildirdi ki, dünya neft bazarı getdikcə balansına yaxınlaşır.

Milli.Az Trend-ə istinadən bildirir ki, onun sözlərinə görə, bu məsələ iyunun 22-də Vyanada keçiriləcək OPEK-in növbəti toplantısının əsas müzakirə mövzusu olacaq.

"2017-ci ildən etibarən neft ehtiyyatlarının səviyyəsi xeyli dərəcədə azalıb və neft bazarı daha da tarazlığa yaxınlaşır", - nazir deyib.

Eyni zamanda, o qeyd edib ki, təşkilat "bəzi idxalçı ölkələrin və istehlakçıların dünya bazarında mümkün neft defisiti ilə bağlı narahatlıqlarını nəzərə almalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.