İqtisadiyyat

Bakı NEZ-də bitum qurğusunun istifadəyə veriləcəyi tarix açıqlandı

23 Aprel 2018 17:15
0 Şərh     Baxış: 1 253
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda bitum qurğusunun 2018-ci ilin sentyabr ayında istifadəyə verilməsi planlaşdırılır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Downstream Xəzər və Mərkəzi Asiya - ticarət, logistika, neft emalı və neft-kimya" 3-cü Beynəlxalq forumu zamanı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinin müşaviri Teymur Əliyev deyib.

T.Əliyev qeyd edib ki, layihələndirmə mərhələləri və satınalmalar yekunlaşıb:

"Tikinti işləri 76 faiz başa çatıb".

Qeyd edək ki, daha əvvəl bitum qurğusunun bu ilin iyununda istifadəyə veriləcəyi gözlənilirdi. Layihənin dəyəri 50 milyon avroya yaxın qiymətləndirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.