İqtisadiyyat

Rublun ucuzlaşması manata təsir edəcəkmi?

19 Aprel 2018 22:28
Baxış: 2 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir müddət əvvəl Rusiya rublunun ucuzlaşması Azərbaycanın milli valyutasına birbaşa təsir göstərməyəcək.

Milli.Az bildirir ki, bunu TrendAzernews-a "Saxo Bank"ın valyuta strategiyası şöbəsinin rəhbəri Con Hardi deyib.

Onun sözlərinə görə, rublun ucuzlaşması Azərbaycan kimi ölkələrin iqtisadiyyatına təsir göstərə bilməsi üçün kifayət qədər zəifdir. Ekspert bunu onunla izah edib ki, neft qiymətləri yüksək səviyyədə qalır.

C.Hardi əlavə edib ki, bu ucuzlaşmadan sonra və geosiyasi qarşıdurma risklərini nəzərə alaraq beynəlxalq investorlar yavaş-yavaş Rusiyadakı aktivlərdən qurtulmağa çalışacaq:

"Amma gələcəkdə əlavə sanksiyalar olmasa və ya neft qiymətinin kəskin ucuzlaşması baş verməsə, rubl çətin ki, indiki göstəricilərdən aşağı düşsün. Məzənnə bir dollar üçün 60-64 rubl ətrafında hərəkət edəcək. Bu amil çətin ki, Azərbaycan manatına təsir etsin".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.