TANAP-ın Türkiyəyə qədər olan hissəsinin 99 faizi tamamlanıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Transanadolu boru kəmərinin (TANAP) Türkiyəyə qədər olan hissəsinin 99 faizi tamamlanıb.
Bu barədə Milli.Az SOCAR-a istinadən məlumat verir.
Martın 29-da Ankarada TANAP-ın İdarə Heyətinin ümumi iclası keçirilib. İclasda artıq tamamlanmaqda olan TANAP-ın birinci fazası üzrə görülən işlər barədə İdarə heyəti üzvlərinə ətraflı məlumat verilib. Qeyd edilmişdir ki, Türkiyənin Əskişəhər bölgəsinə qədər olan birinci faza üzrə işlərin təqribən 99%-i yekunlaşıb. Avropaya qədər olan işlərin isə təqribən 80%-i həyata keçirilib. Ümumilikdə layihə üzrə işlərin 93%-dən çoxu tamamlanıb. Hazırda bütün işlər ilkin qrafikə uyğun şəkildə, yüksək dəqiqliklə və tikinti keyfiyyəti nəzərə alınaraq davam etdirilir.
TANAP-ın İdarə Heyətinin sədri, SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: "Cari ilin ikinci yarısından etibarən əvvəlcədən planlaşdırıldığı kimi TANAP-la 6 milyard kubmetr həcmində qaz Türkiyəyə ixrac olunacaq. Tikinti işlərinin qrafikə uyğun olaraq vaxtında və yüksək keyfiyyətlə tamamlanması üçün bütün tərəflər üzərlərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməlidirlər".
Xatırladaq ki, 2015-ci ildə təməli qoyulan 1850 kilometrlik TANAP vasitəsilə başlanğıcda ildə 6 milyard kubmetr həcmində qaz Türkiyəyə ötürüləcək, 2020-ci ilin əvvəlindən TAP kəmərinə birləşdiriləcək TANAP-ın ümumi ötürücülük həcmi 16 milyarda çatdırılacaq. Sonrakı mərhələlərdə isə kəmərin ötürücülük həcmi 31 mlrd. kubmetrə çatdırıla bilər.
Layihədə SOCAR 58, BOTAŞ 30, BP isə 12 faiz paya malikdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Əli Kərimlinin məhkəməsinə Ramiz Mehdiyev çağırıldı - Ailəsi ilə birgə
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Kolleclərə yeni təyinatlar olub
-
Tovuzda avtomobil körpüdən aşdı - Yaralılar var
-
Ayın 24-də 20 dərəcə isti olacaq - Proqnoz
-
Məşhur gürcü qanuni oğru Moskvada saxlanıldı
-
Bazarlarda gizli satılan balıq - Qiyməti və ovlanması ilə bağlı açıqlama
-
Azad edilmiş ərazilərdə 16 tank əleyhinə mina aşkarlandı
-
Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib - (Foto)
-
Əlilliyi olan şəxslərlə bağlı yeni qərar - Tələb ləğv edildi
-
Azərbaycanda yeni orfoqrafiya lüğəti hazırlanır: Hansı sözlərin yazılışı dəyişəcək?
-
Boşanmaların sayına görə ilk sırada hansı rayon gəlir?
-
Simeone La Liqada tarixi rekorda imza atdı
-
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib - (Yenilənib)
-
Şəhriyar Əbilov: "Bu, nə idi yaşadığım? Nur içində yat"
-
Bakıda hoteldə 46 yaşlı kişi öldü
-
Sılanın əzələli görünüşü diqqət çəkdi - (Video)
-
Qəzetlərə çap üçün aylıq 5 000 manat, saytlarına isə 3 000 manat dəstək veriləcək
-
Bakıda pirotexniki vasitələr aşkar edildi
-
“Heç kimin insanların həyatını təhlükəyə atmağa haqqı yoxdur”
-
Nəfəs Pünhanla yayılan videosuna açıqlama verdi
-
“Diqlas”ın yerində "Mall" tikilir - (Foto)
-
Faiq Məmmədov qəfil vəfat etdi





