İqtisadiyyat

Azərbaycan TRASEKA-dan 24,7 milyon manat gəlir əldə edib

26 Mart 2010 17:22
Baxış: 777
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, gəlirlərin 39,1 faizi dəmir yolu, 23,3 faizi dəniz, 37,6 faizi isə avtomobil nəqliyyatının payına düşüb.

Dəhlizin Azərbaycan ərazisində 4,1 milyon ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz çox yük, 18,5 milyon nəfər və ya 7,6 faiz çox sərnişin daşınıb.

Yük daşınmasında dəmir yolu nəqliyyatı 38,5 faiz, avtomobil nəqliyyatı 44,4 faiz, dəniz nəqliyyatı 17,1 faiz paya malik olub. Dəhlizdə bu nəqliyyat növləri ilə daşınmış yüklər ölkənin nəqliyyat sektorunda daşınmış yüklərin 27,3 faizini təşkil edib.

/AzərTAc/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.