İqtisadiyyat

Neftin yüksələn qiymətinin yenidən aşağı düşəcəyi ehtimal edilir

18 Sentyabr 2017 12:32
0 Şərh     Baxış: 2 453
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Brent" markalı neftin bir bareli dünya bazarında 55 dollardan baha satılır. Neftin bahalaşması ötən ay gündəlik qlobal hasilatın 720 min barel azalaraq 97,7 milyon barelə düşməsi və "Harvey" qasırğası nəticəsində ABŞ-da istehsalın azalması ilə bağlıdır. Dolların aparıcı valyutalara nisbətən dəyərsizləşməsi də neftin qiymətinin yüksəlməsinə təsir edən faktorlardan hesab edilir.

Milli.Az xəbər verir ki, bunu tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

Ekspertin fikrincə, qlobal hasilatın azalması daha çox Liviyadakı sosial narazılıqla bağlı olsa da, OPEK-in də hasilatın azaltması siyasətini davam etdirməsi müşahidə edilir: "Belə ki, OPEK avqust ayında əvvəlki ayla müqayisədə gündəlik hasilatı 30,113 milyon bareldən 30,004 milyon barelədək azaldıb və təşkilat artıq indidən hasilatın azaldılması ilə bağlı gələn ilin martında müddəti bitəcək anlaşmanın zamanını uzatmaqla bağlı danışıqlara başlayıb".

Bununla belə, iqtisadçı hesab edir ki, hələlik neftin dünya bazarında kəskin qiymət artımları proqnozlaşdırılmır: "ABŞ-da qasırğanın ziyan vurduğu quyularda nefti hasilatı yenidən bərpa edilir. Həftə ərzində Birləşmiş Ştatların əvvəlki hasilatı bərpa edəcəyi gözlənilir. Bu isə o deməkdir ki, son həftələr neftin yüksələn dünya bazar qiymətinin yenidən aşağı düşəcəyi daha çox ehtimal olunandır. Neftin bir barelinin qiymətinin 50 dollar intervalında dəyişməsinin OPEK üçün də məqbul olduğunu nəzərə alsaq, şirkətlər indi kəskin qiymət artımları deyil, mövcud qiymət səviyyəsini qorumaqda daha maraqlıdırlar".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.