İqtisadiyyat

Bakıdakı müəssisələrdən birinin əmlakı müsadirə edilir

29 Aprel 2011 13:05
Baxış: 487
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Vergi borclarının məcburi alınması işinin təşkili İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Hövsan yolunda yerləşən "Mühərrikquraşdırma" ASC-də əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib. Milli.Az xəbər portalının Vergilər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, vergi əməkdaşları tərəfindən "Mühərrikquraşdırma" ASC-də aparılmış kameral vergi yoxlaması nəticəsində əsas borc 54.926,50 manat, faiz borcu 116.144,40 manat olmaqla ümumi borc məbləğinin 171.093 manat olduğu müəyyən edilib. Martın 29-da "Mühərrikquraşdırma" ATCS-nin rəhbəri Xanlar Məmmədova vergi borcunun ödənilməsinə dair 171.093 manat məbləğində bildiriş göndərilib.

Vergi Məcəlləsinin əmlakın siyahıya alınması məsələlərini özündə əks etdirən 89-cu maddəsinə əsasən, vergi ödəyicisi vergi borclarını müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, yaranmış vergi borclarının, habelə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi "Mühərrikquraşdırma" ASC-nin əmlakının siyahıya alınması haqqında qərar çıxarılıb. Vergi orqanları əməkdaşları müəssisədə nağd pul vəsaiti aşkar olunmadığından, obyektdəki 43 adda 185.750 manat dəyərində əmlakın siyahıya alınması tədbirlərini həyata keçirib. Belə ki, 8 ədəd müxtəlif markalı avtomobil, 7 ədəd kompyuter dəsti, 7 ədəd kondisioner, 8 ədəd müxtəlif mebel dəsti, 2 ədəd televizor, 11 adda müxtəlif növ dəzgah müvafiq qaydada  siyahıya alınıb.  

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.