İqtisadiyyat

Bankdan kredit kartı alıbsınız? Mütləq oxuyun - VİDEO

25 Avqust 2016 21:07
2 Şərh     Baxış: 3 023
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kredit kartlarından narazılıq artıb. İnsanlar kredit kartı verilərkən düzgün məlumatlandırılmadıqlarını deyirlər. Məhz buna görə də kredit kartları üzrə borclarının artığıdı iddia edirlər.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, son vaxtlar kredit kartı alanların sayı çoxalıb. Problemli kreditlərin sayı artığından banklar riskə getmək istəmir. Müştəriyə kredit yerinə kredit kartı təklif edirlər. İnsanlar kredit kartı alarkən düzgün məlumatlandırılmadıqlarını deyirlər.

Banklar, son vaxtlar faizsiz və aşağı faizlə kredit kartı təklif edirlər. Mütəxəssislərə görə isə kammersiya bankları əslində kart adı ilə kredit verirlər. Özüdə ki, yüksək faizlə.

Unutmaq olmaz ki, hər bir karta görə komisyon haqqı tutulur. Komisyon haqqı isə kart sahibinin xərclərinə daxil edilir. Növbəti problem isə nağdlaşdırma zamanı yaranır. Müştəriyə nağd hesablaşmalar zamanı yüksək faizin tətbiq ediləcəyi deyilmir. Bu faiz isə çox hallarda 5-6 faizi ötür. İstifadə olunan məbləğin geri qaytarılması üçün nəzərdə tutulan vaxt da çox azdır. Hətta bəzi banklar ödənilməyən gün üçün 0,75 faiz əlavə faiz hesablayırlar ki, bu da aylıq ödəmə zamanı kartın öz faizindən əlavə 25 faiz pul deməkdir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bankdan kredit kartı alıbsınız? Mütləq oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.