Bank of Baku-dan daha bir İLK: Onlayn Xidmətlərimiz indi Elektron Hökumət Portalında!
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bank of Baku Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə qurduğu uğurlu əməkdaşlığın nəticəsi olaraq Azərbaycanın bank sektorunda ilk dəfə elektron arayış xidmətinin tətbiqini həyata keçirmiş və bununla da, müştərilərin daha rahat şəkildə bank xidmətlərindən faydalanmasına imkan yaratmışdır. Məhsuldar əməkdaşlığın davamı olaraq Bank of Baku özəl sektorda daha bir ilkə imza atır, belə ki, müştərilər indi bankın onlayn xidmətlərindən Elektron Hökumət Portalında da istifadə etmək imkanı əldə edirlər.
Bununla da, müştərilərin bank xidmətlərindən istifadəsinin daha da sadələşdirilməsi və təkmilləşdirilməsi istiqamətində atılan bu mühüm addımla, bütün dövlət qurumlarının xidmətlərini özündə birləşdirən Elektron Hökumət Portalı çərçivəsində ilk özəl xidmət təqdim edən qurum məhz Bank of Baku oldu.
Portal istifadəçiləri və bankın müştəriləri Elektron Hökumətin rəsmi internet ünvanında https://www.e-gov.az/ yenicə istifadəyə verilmiş bank xidmətləri bölümünü seçməklə Bank of Baku-nun təqdim etdiyi debet kartlar siyahısından istəklərinə uyğun məhsulu sifariş edə bilərlər. Kartların sifarişini həm portaldan qeydiyyatdan keçməklə, həm də birbaşa olaraq tələb olunan məlumatı müvafiq pəncərələrə daxil etməklə rəsmiləşdirmək olar. Portaldan qeydiyyatdan keçən şəxslərin sifarişinin həyata keçirilməsi üçün isə sadəcə kartla bağlı tələb olunan məlumatı daxil etmələri kifayətdir.
Müştərilərin bankın bütün onlayn xidmətlərindən istifadəsinin təmin edilməsi məqsədilə yaxın günlərdə bölmənin tamamilə yenilənərək bütün mümkün xidmətləri, həmçinin kredit və Bolkart kredit kart sifarişlərinin, müxtəlif növ ödəniş imkanlarının, internet bankçılıq və digər xidmətlərin əlavə olunması nəzərdə tutulub.
Xidmətdən faydalanmaq istəyən şəxslər bu linkə daxil olmaqla sifarişlərini həyata keçirə bilərlər.
Qeyd edək ki, "Elektron Hökumət" - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradan mükəmməl bir portaldır.
Daha ətraflı:
145 məlumat mərkəzi
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Abşeronda müşahidə edilən çəyirtkələrlə bağlı narahatlığa rəsmi cavab: Vəziyyət nəzarətdədir
-
Bazar günü çox isti olacaq
-
Toyda kövrək anlar: Gəlinlə atasının rəqsi müzakirə yaratdı - (Video)
-
Cavidan Novruzun Sənubər İsgəndərli ilə selfisi gülüş yaratdı - (Video)
-
Yasamalda partlayış olan evdən görüntülər: 4 nəfərə satılıbmış... - Yenilənib - (Fotolar)
-
Yasamalda hərəkət edən bütün sürücülərə XƏBƏRDARLIQ
-
Rusiya ordusu Donetskin şəhərini ələ keçirdi
-
Deputatdan pensiyalarla vacib məlumat
-
Bilgəh Sanatoriyasının ərazisində çimərliyə giriş pullu oldu - Şikayət (Foto)
-
Zamiq Bodrumda oğlunu Fatih Terimlə görüşdürdü - (Foto)
-
"Arzum"un işi ilə bağlı yeni iddia: Amal Məlikov xuliqanlıq və narkotik işi üzrə məhkum olunub... - İddia (Fotolar)
-
İrandan Hörmüz boğazı ilə bağlı xəbərdarlıq
-
Ronaldo matç öncəsi görüntüsü ilə müzakirə yaratdı: Təkcə su içirəm demişdi... - (Video)
-
Sumqayıtda gənc qız çimərlikdə boğuldu
-
Fatimə Kərimova cinayətinin yeni detalları: Atasından daşınmaz əmlaklar qalıbmış
-
Tramp öz imzası olan yeni 100 dollarlığı paylaşdı - (Foto)
-
DÇ-2026: Kanada Mərakeşə, Paraqvay Fransaya qarşı
-
Rəqəmsal transformasiya iqtisadi inkişafla birbaşa bağlıdır - Kamaləddin Qafarov
-
Türkan Vəlizadə dəyişib belə oldu - (Video)
-
Ehtiyatda olan bütün hərbi vəzifəlilərin NƏZƏRİNƏ
-
Tramp İrana 1 həftə vaxt verdi
-
Prezident: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Donald Trampı təbrik edib
-
Messi Maradona və Mbappeni geridə qoydu





