İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sərnişinləri sığortalamaq kimlərin mənafeyini qoruyacaq?
31 Yanvar 2011 11:32
Baxış: 556
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı bildirir ki, nəqliyyat vasitələrinin sahibləri sərnişinləri sığortalamalı olacaqlar. Bu barədə bənd Milli Məclisə tövsiyyə olunan "İcbari sığortalar haqqında" qanun layihəsində yer alıb. Qanunda daşınmaz əmlakın icbari sığortası (yanğınlar, partlayışlar, elektrik qısaqapanmasından baş verən partlayışlar, texniki qəzalar, subasma, təbii fəlakətlər, üçüncü şəxslərin qəsdən etdiyi hərəkətlər və s), nəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası nəzərdə tutulub. Qanun qəbul olunarsa şəhərdaxili və qəsəbədaxili sərnişindaşıma istisna olunmaqla, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin sahibləri daşıdıqları sərnişinləri fərdi qəza sığortası üzrə icbari sığorta etdirməlidirlər.
Onu da əlavə edək ki, nəqliyyat vasitəsində olan hər bir sərnişinə görə sığorta məbləği 5 min manat təklif edilir. Qanun layihəsində daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin sığortası üzrə sığorta məbləğləri də əksini tapıb. Belə ki, fiziki şəxslərin sağlamlığına dəyən zərər üzrə ümumi sığorta məbləği 50 min manatdan çox olmamaq şərti ilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5 min manat, əmlaka dəyən zərərə görə 50 min manat təklif olunur.
Bəs icbari sığortanın üstünlükləri nədən ibarətdir və özünü doğruldacaqmı? Qanun qəbul olunarsa, bu, daha çox sığortaçıların, yoxsa sığorta olunanların hüquq və mənafelərini qoruyacaq? Qanunvericiliyi dəyişməklə vətəndaşların sığortaya olan inamını bərpa etmək mümkün olacaqmı? Bütun bu suallara cavab tapmaq üşün ekspertlərə müraciət etdik.
Ekspert: "Sığorta məcburi ola bilməz"
Milli Büdcə Qrupunun rəhbəri Zöhrab İsmayıl hesab edir ki, icbari sığorta anlayışı o qədər də səmərəli olmayan məsələdir. O, Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, insanlar mənizllərini və nəqliiyyat vasitələrini sığrota edib-etməmələrini özləri müəyyənkəşdirməlidir: "Hesab edirəm ki, daşınmaz əmlakın sığortası icbari ola bilməz, könüllü olmalıdır. Sığorta vacibdir, amma bunu sığorta şiktələrinin öz öhdəsinə buraxmalıdır. Həmin şirkətlər insanları daşınmaz əmlaklarının sığorta olunmasının vacibliyinə öz reklamları, təbliğatları ilə inandıra bilərlər. Burada seçim vətəndaş tərəfindən olmalıdır. Əks halda inhisarlaşmaya gətirib çıxarar. Məcburi sığorta insanları soymaqdır".
"Sığorta şirkəti sığorta haqqını yığmağı yaxşı bacarsa da..."
Z.İsmayıl Azərbaycanda sığorta bazarının formalaşmamasını da əsas amil kimi önə çəkib. Onun sözlrinə görə, nəqliyyat vasitəsini sığorta etdirmiş şəxs başına bir iş gələndə sığorta şirkətlərindən pul ala bilmir. Həmin şirkətlər pul verməkdən imtina edir. Nəticədə sığorta olunan tərəf məhkəmələrə üz tutumalı olur. Sığorta şirkətləri sığorta haqqını yığmağı yaxşı bacarsa da, ödəniş gələndə isə bundan imtina etməyə çalışır.
Dünya təcrübəsində hansı halda əmlak icbari sığortalanır?
Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərindən birinin idarə heyətin sədri Xəyal Məmmədxanlı Milli.Az xəbər portalına açıqlamasında vətəndaşların öz əmlaklarının sığortasının könüllü olmasına tərəfdar olduğunu dedi. Onun sözlərinə görə, yeni təklif olunan qanunda söhbət məsuliyyətin, o cümlədən əmlakın istifadəsi ilə bağlı məsuliyyətin icbari sığortasından söhbət gedə bilər. Dünya təcrübəsində 3-cü şəxlərin əmlakına və həyatına zərər vurma o şəkildə qəbul edilir, yəni başqa şəxslərin marağına toxuna bilən məsələrlə icbari şəkildə sığortalanır. Ayrı-ayrı şəxslərin daşınan və ya daşınmayan əmlakı, nəqliyat vasitələrinin sığortası dünyasnın bir sıra ölkələrində könüllü şəkidə həyata keçrilir.
X.Məmmədxanlı hesab edir ki, yeni qanunda "İcbari sığorta haqqında" qanunların ümumiləşdirilməsi vardı. Həmin qanunda əmlakın özünün sığortasından söhbət getmirdi, başqa şəxslərə vurulan zərərdən, avtonəqliyyat vasitəsi sahiblərinin məsuliyyətinin icbari sığortasından söhbət gedirdi.
Üstünlüklər var...
Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Azər Əliyev isə ekspertlərdən fərqli olaraq yeni qanun layihəsini müsbət qarşılayır. Assosiasiya sədri Milli.Az-a müsahibəsində bildirdi ki, icbari sigorta növlərinin böyük üstünlüklərindən biri onların qısa zaman kəsiyində geniş əhali kütləsini əhatə etməsidir. Digər müsbət tərəfi isə onların sosial önəmindədir. İcbari sıgorta növləri cəmiyyətdə sabitliyin təmin olunmasına yönəlib, kiçik və orta gəlirli əhalidə maliyyə problemləri formalaşdıqda "təhlükəsizlik yastığı" rolunu oynamalıdır. İlkin mərhələdə bu məhsulların qiyməti çox kiçik olur.
Kimlərin mənafeyi daha çox qorunacaq?
"Qanun daha çox sığortaçıların, yoxsa sığorta olunanların hüquq və mənafelərini qoruyacaq" sualına A.Əliyevin cavabı belə oldu: "Bu qanun birmənalı şəkildə sığortalananların maraqlarının müdafiəsinə yönəlib. Sığorta edənlərin maraqları isə yalnız bu növ məhsulun hesablanmasını yanlış apardıqda müflisləşmə olmaması nöqteyi-nəzərindən qorunur. Tənzimləmə mexanizmlərindən danışmaq üçün isə hələlik çox tezdir".
Assosiasiya sədri hesab edir ki, icbari sığortanın tətbiqi Azərbaycanda özünü doğruldacaq. Onun fikrincə, Azərbaycan bu məsələdə novator deyil. Bu yolu sigorta ödənişlərinin adambasına düşən həcminə gorə bizi çox qabaqlayan bütün inkisaf etmiş ölkələr keçib.
"Sizi inandırıram ki, bu ölkələrin bir çoxunda çoxlu sayda icbari sığorta növləri qalıb. Əlbəttə, cəmiyyətdə müəyyən dəyişikliklər baş verdikdən sonra bəzi icbari sıgorta növləri könüllüləri ilə əvəzlənir. Ancaq icbari sığorta növləri faktiki olaraq daima mövcud olur. İstəyə gəldikdə isə bu barədə birmənalı şəkildə cavab vermək mümkün deyil. Təşkilatlarda işçilərin icbari sığortası buna gözəl nümunədir. Bu qanun sayəsində, sığorta barədə anlayısı olmayan, bu barədə düsünməyən çoxlu sayda insanlar rahat səkildə deyə bilərlər ki, sığortalanıblar və müəyyən maliyyə təhlükəsizlikləri var" - deyə, A.Əliyev vurğuladı.
Qanunvericiliyi dəyişməklə vətəndaşların sığortaya olan inamını bərpa etmək mümkün olacaqmı?
A.Əliyevin fikrincə, qanunvericiliyin dəyişməsi bir neçə vacib məqamdan yalnız biridir. Belə ki, əhalinin sığorta sektoruna inamını artırmaq, daha doğrusu sığorta sahəsində maariflənmə səviyyəsini yüksəltmək üçün çoxlu iş görmək lazımdır və bu yalnız qanunvericilik bazasının təkmilləsdirilməsində deyil. Bura həmçinin siğortanın təbliği məsələsi də daxildir. Xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində sığorta şirkətləri ilə iş də bura daxildir. Qeyd olunan kompleks tədbirlərin reallasdırılması zamanı biz arzu etdiyimiz nəticələri əldə edə bilərik.
Anar Məmmədov
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kirayədən çıxarıldığı üçün 12 milyona ev aldı
-
"Amay"ın qarşısında kişinin başına daş düşdü
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxış edib - (Foto)
-
Şəmsi Səmədzadə azadlığa buraxıldı
-
Hollivud ulduzlarının telefon nömrələrini paylaşdılar
-
Rumıniya Moskvadakı səfirini geri çağırıb
-
Sosial şəbəkələrdə yayılan görüntülərə TƏBİB cavab verdi
-
Bakıda 195E nömrəli ekspres marşrut fəaliyyətə başlayır
-
"Toplum TV" işi üzrə hökm oxundu
-
Keçmiş məcburi köçkünə 1 otaqlı mənzil verilib? - Rəsmi açıqlama
-
Azərbaycanda 2 mindən çox əlilliyi olan şəxs işlə təmin edilib
-
51 yaşlı "50 Cent" uzun zaman sonra görüntüləndi - (Video)
-
55 rayon və şəhəri əhatə edən yoxlama başa çatdı
-
7 uşaqlı ananın inəyi üçün göz yaşları hamını kövrəltdi - (Video)
-
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
-
Can Tomay narkotikə görə saxlanıldı
-
MEDİA İranın qərarına reaksiya verdi
-
Maykl Olize 12 milyonluq mülk aldı
-
Bakıda güclü külək binanın damını uçurdu - (Video)
-
Hövsanda dənizdə 4 nəfər batdı - 3-ü xilas edildi, 1-i öldü
-
Taksi sürücüsü qadın sərnişinə əxlaqsız təklif etdi - (Video)
-
Aparıcı Leyla ərinin fotosunu paylaşdı
-
Makqreqor 1 il döyüşlərə qatılmayacaq
-
Azərbaycanda taxıl biçini 92 faiz başa çatıb