İqtisadiyyat

Bakıda daha bir market cəzalandırıldı - YENİLƏNİB

27 Fevral 2015 18:22
9 Şərh     Baxış: 12 653
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:22

Bakıda əsassız qiymət artımına görə daha bir market cəzalandırılıb.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 56 ünvanında fiziki şəxs Xalid Ağayevə məxsus "Red" marketdə apardığı yoxlama zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin olduğu, bununla da əsassız qiymət artımına yol verilməklə istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülür.

İstehlak bazarında süni qıtlıq yaratmaq məqsədilə məhsulların dövriyyədən çıxarılmasının və əsassız qiymət artımının, istehlakçıların qiymətdə və çəkidə aldadılmasının qarşısının alınması məqsədilə nəzarət tədbirləri davam etdirilir.


-----------
15:28

İstehlakçıların qiymətdə aldadılması hallarının qarşısı alınıb


İstehlak bazarında süni qıtlıq yaratmaq məqsədilə məhsulların dövriyyədən çıxarılmasının və əsassız qiymət artımının, istehlakçıların qiymətdə və çəkidə aldadılmasının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 2, mərtəbə 1 ünvanında Şahin Ağalarova məxsus "Real-S" marketdə aparılan yoxlama zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin olduğu, bununla da əsassız qiymət artımına yol verilməklə istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülür.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.