İqtisadiyyat

Dövlət Taxıl Fondu üçün ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın qəbuluna başlanılıb

7 İyul 2010 20:43
Baxış: 497
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
APA-nın xəbərinə görə, elanda bildirilib ki, "Dəvəçi-Dəyirman MMC", Karat-Holdinq, FATOĞLU, N. Quliyev adına Bakı-Taxıl, "Araz ASC" "Aveta", "EL" KM, "Bəxtiyar" İstehsalat-ticarət və "Neon" firması müəssisələri vasitəsilə cari ilin iyulun 1-dən sentyabrın 1-nə kimi yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 160 AZN olmaqla Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları"nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcək:

I. Dənin naturası(bir lititlik purkalarda qramla):
buğda üçün -750 q/l-dən az olmamaqla

II. Alaq otları (zibil)qarışığı (faizlə)
buğda üçün -2 faizdən çox olmamaqla

III. Dən qarışığı (faizlə):
buğda üçün - 5 faizdən çox olmamaqla

IV. Nəmlik (faizlə)- bütün
bitkilər üçün -13,0 faizdən çox olmamaqla

V. Yapışqanlıq -3-cü sinif
buğda üçün - 23 faizdən az olmamaqla
yapışqanlığın keyfiyyəti -2-ci qrupdan aşağı olmamaqla

VI. Şüşəvarilik
-1-ci və 2-ci sinif buğdalar üçün - 60 faizdən az olmamaqla
-3-cü və 4-cü sinif buğdalar üçün - məhdudlaşdırılmır

VII. İyi və dad-bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad - yol verilmir

VIII. Sürmə ilə sirayətlənmiş dənlər -yol verilmir

IX. Anbar ziyanvericiləri ilə sirayətlənmə bütün bitkilər üçün- yol verilmir

X. Digər əlamətlər -bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul) - yol verilmir

Bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən məhsul qəbul edilməyəcəkdir.

Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları:

"Dəvəçi-Dəyirman MMC": Dəvəçi şəhəri( 0-55)-760-35-05; (0-50)-382-35-84

Karat-Holdinq: Xirdalan şəhəri (0-50)-223-18-97

FATOĞLU:Gəncə şəhəri 022-5-69-44-44; 012-418-45-38; (0-50)-222-08-20

N.Quliyev adına Bakı-Taxıl: Dərnəgül qəsəbəsi 012-567-00-76; 566-21-72

"Araz ASC": Ziğ şossesi 27 (0-50)-502-29-08; 012-379-10-29; faks: 012-373-90-00

"Aveta": Kürdəmir şəhəri (0-50)-200-11-97

"Neon" firması :Gəncə şəhəri (0-50)-220-30-27

"EL" KM: Sulutəpə qəsəbəsi, R.Allahverdiyev 300, 012-346-08-08, 012-346-08-00

"Bəxtiyar" İstehsalat-ticarət Firması: Gəncə şəhəri, Gəncə dəyirmanının elevatoru,
055-636-16-60; 050-312-49-46.

/APA/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.