İqtisadiyyat

Azərbaycanda tikinti materialları bazarında vəziyyət necədir?

20 Dekabr 2012 15:04
0 Şərh     Baxış: 918
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin monitorinq qrupu tərəfindən 2012-ci ilin oktyabr-noyabr aylarında Bakı şəhərinin müxtəlif rayonları üzrə inşaat materialları bazarının əsas çəkisini təşkil edən 37 adda 87 növdə tikinti materialının növbəti araşdırılması aparılıb.

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən Milli.Az-a verilən məlumata görə, oktyabr-noyabr aylarında qiymət azalması, əsasən, Rusiya və Ukraynadan idxal olunan dəmir materiallarında və İran və Türkiyə idxalı olan şüşə, penoplast və şüşə pambıq materiallarında qeydə alınıb. Qiymət azalmasına səbəb tikinti mövsümünün tədricən sona çatması və alqı-satqının həcminin zəifləməsidir.

87 növdə tikinti materialından 20%-i üzrə qiymət azalması baş verib.

Oktyabr-niyabr aylarında qiymət azalması müşahidə edilən tikinti materiallarının siyahısı aşağıdakı formada qeydə alınıb:

Armatur            -3,7
Sink təbəqə         -0,54
Künyə                -0,19
Asma tavan        -0,53
Şveller                -0,78
Şüşə                 -0,87
Boru                 -2,11
Penoplast          -12,50
Dəmir təbəqə    -0,93
Şüşə pambıq    -2,11
Katinka           -2,22        

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.