İqtisadiyyat

Qızılın qiyməti kəskin BAHALAŞDI

2 Mart 2026 14:07
Baxış: 960
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaxın Şərqdə baş verən son geosiyasi proseslər fonunda investorların daha təhlükəsiz aktivlərə yönəlməsi qızılın qiymətində kəskin artıma səbəb olub. Səhər saatlarında qiymətli metalın birja dəyəri təxminən 2,7 faiz yüksəlib.

Milli.Az xəbər verir ki, COMEX birjasında qızılın aprel fyuçersləri əvvəlki sessiya ilə müqayisədə 142,79 ABŞ dolları və ya 2,72 faiz bahalaşaraq bir troya unsiyası üçün 5 390,69 ABŞ dollarına çatıb.

Eyni zamanda, gümüşün mart fyuçersləri də artım nümayiş etdirib, qiymət 1,76 faiz yüksələrək bir unsiya üçün 94,933 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, qızıl ənənəvi olaraq "təhlükəsiz liman" aktiv hesab olunur. Qlobal bazarlarda qeyri-müəyyənlik artdıqda və ya geosiyasi risklər gücləndikdə investorların bu metala marağı daha da yüksəlir.

Asya
Milli.Az 

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.