İqtisadiyyat

Qızıl ucuzlaşdı

3 Yanvar 2026 12:42
Baxış: 1 308
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qlobal əmtəə bazarlarında qızıl fyuçerslərinin qiymətlərində azalma tendensiyası müşahidə olunur.

Milli.Az-ın məlumatına görə, COMEX birjasında qızılın bir troya unsiyası üzrə fevral fyuçersləri 0,26 faiz ucuzlaşaraq 4 329,6 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Bununla yanaşı, qızılın spot bazardakı qiyməti (XAU/USD) fərqli dinamika nümayiş etdirərək 0,30 faiz artım göstərib və 4 332,29 ABŞ dollarına yüksəlib.

Eyni birjada gümüşün mart fyuçersləri isə müsbət istiqamətdə hərəkət edib. Belə ki, qiymətlər 0,58 faiz artaraq 71,02 ABŞ dolları səviyyəsinə çatıb.

Mütəxəssislərin fikrincə, qızıl fyuçersləri ilə spot bazar arasında yaranan bu fərq əsasən qısamüddətli mənfəət götürülməsi, fyuçers bazarında mövqelərin yenidən tənzimlənməsi, həmçinin ABŞ dollarının məzənnəsindəki dəyişikliklər ilə əlaqədardır. Gümüşün qiymət artımına isə sənaye metallarına tələbin sabit qalacağına dair gözləntilər müsbət təsir göstərib.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.