İqtisadiyyat

200 manat verildi

30 Dekabr 2025 11:11
Baxış: 1 119
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial yardım alan ailələrə 200 manat birdəfəlik ödəniş verilib.

Milli.Az xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2025-ci il 30 dekabr tarixinə ünvanlı sosial yardım alan hər ailəyə 200 manat birdəfəlik maddi yardım ödənilib.

Bu ödənişlər Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən qeyd olunan ailələrin hesablarına köçürülüb. Ümumilikdə, yardımlar 76 103 ailəni, yəni 337 932 nəfər ailə üzvünü əhatə edib.

Bundan əvvəl DSMF dekabrın 10-da Bakı, Sumqayıt, Abşeron və Naxçıvan Muxtar Respublikası üzrə pensiyaları, dekabrın 19-da digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin pensiyalarını, dekabrın 25-də isə müavinət, təqaüd və ünvanlı sosial yardımları ödəyib.

Beləliklə, dekabr ayına aid bütün sosial ödənişlər artıq başa çatdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.