İqtisadiyyat

Azərbaycan Fransa iqtisadiyyatına investisiyaları artırıb

29 Dekabr 2025 18:23
Baxış: 223
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın Fransanın iqtisadiyyatına yönəltdiyi birbaşa xarici investisiyaların həcmi 24,4 milyon ABŞ dolları təşkil edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 milyon ABŞ dolları və ya 51,6 faiz çoxdur.

Azərbaycanın Fransaya yatırdığı investisiyaların ümumi birbaşa xarici investisiyalar həcmindəki payı 1,2 faiz olub.

2024-cü ilin 9 ayı ərzində Azərbaycandan sözügedən ölkəyə yönəldilən birbaşa xarici investisiyaların ümumi həcmi 16,1 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin 9 ayı ərzində Azərbaycanın iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların həcmi 4 milyard 736 milyon ABŞ dollarını ötüb. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 213 milyon 485 min ABŞ dolları və ya 4,7 faiz artım deməkdir.

Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici iqtisadiyyatlara yönəldilən birbaşa xarici investisiyaların həcmi 2 milyard 39 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin 9 ayı ilə müqayisədə 658 milyon 90 min ABŞ dolları və ya 47,7 faiz çoxdur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.