İqtisadiyyat

Ötən il yaradılmış 1,6 milyonluq şirniyyat şirkəti yüksək məbləğdə borca düşdü

5 Avqust 2025 09:00
Baxış: 90
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ötən ilin oktyabrında dövlət qeydiyyatına alınan "Balbadem Group" şirkəti yüksək məbləğdə borca düşüb.

Milli.Az xəbər verir ki, bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestri məlumatlarından informasiya əldə edib.

Məlumata görə, şirkətin hazırda Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 31 311.16 manat yığılmış vergi borcu mövcuddur. 

Eyni zamanda cəmi 10 ay əvvəl 1 585 500 manat sərmayə ilə yaradılan şirkət bu günlərdə nizamnamə kapitalının azaldığını elan edib. Amma sərmayənin nə qədər azaldılacağı barədə heç bir məbləğ göstərilməyib. Sadəcə qeyd edilib ki, kreditorlar öz tələbini şirkətin hüquqi ünvanına bildirə bilərlər.

Xatırladaq ki, şirniyyat şirkəti kimi yaradılan "Balbadem Group"un qanuni təmsilçisi İbadov Alim Nazim oğludur.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.