İqtisadiyyat

Azərbaycanın ət idxalı azalıb

28 May 2025 15:23
Baxış: 523
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xaricdən 16 min 662 ton ət idxal edib.

Milli.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata əsasən, bu həcmdə ətin ümumi dəyəri 34 milyon 13 min ABŞ dolları təşkil edib.

Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ət idxalı həm kəmiyyət, həm də dəyər baxımından azalıb. Belə ki, həcm üzrə idxalda 76 ton (0,4 %), dəyər baxımından isə 2 milyon 490 min dollar (6,8 %) azalma qeydə alınıb.

Hesabat dövründə ət idxalına çəkilən xərclər ölkənin ümumi idxal xərcinin 0,4 %-ni təşkil edib.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.