İqtisadiyyat

Pensiyaçılara şad xəbər - Yeni qayda tətbiq edilir

24 Aprel 2025 22:26
Baxış: 644
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mərkəzi Bank bank sektorunda təmərküzləşmənin qarşısını almaq üçün ciddi addımlar atmaq niyyətindədir.

Milli.Az xəbər verir ki, bu barədə iqtisadçı Əkrəm Həsənov Mərkəzi Bankın sədri ilə iqtisadçılar arasında keçirilən görüşlə bağlı deyib.

Onun sözlərinə görə, bundan sonra dövlət müəssisələri tərəfindən verilən maaş və pensiyalar yalnız iri banklar vasitəsilə deyil, vətəndaşların seçdiyi istənilən bank vasitəsilə ödəniləcək:

"Əslində, qanunla bu hüquq var idi, sadəcə ona əməl olunmurdu. İndi isə bu məsələ nəhayət ki, reallaşacaq".

Ə.Həsənov əlavə edib ki, Mərkəzi Bank eyni zamanda islam bankçılığı institutlarını mərhələli şəkildə tətbiq etməyi planlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.