Trampın elan etdiyi qərar qüvvəyə mindi - İqtisadi gərginlik davam edir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ Prezidenti Donald Trampın açıqladığı gömrük vergiləri rəsmi şəkildə qüvvəyə minib və bu qərarın dünya ticarətində ciddi dalğalanmalara səbəb olacağı gözlənilir.
Milli.Az xəbər verir ki, aprel ayının 2-də Tramp yeni gömrük tariflərini elan edib. Əvvəlcə bütün ölkələrə 10 faiz dəyərində ümumi gömrük vergisi tətbiq olunub və bu qayda 5 apreldən qüvvəyə minib. Bu gün isə ölkələrə xüsusi olaraq təyin edilmiş qarşılıqlı tariflər tətbiq olunmağa başlayıb. Çinlə bağlı isə xüsusi bir qərar verilib. ABŞ, bu ölkədən gələn mallara əlavə olaraq 50 faiz vergi tələb edir və bununla ABŞ-nin Çin məhsullarına tətbiq etdiyi ümumi gömrük vergisi faizi 104-ə çatıb.
Çin də ABŞ-nin bu qərarına cavab olaraq 10 apreldən etibarən ABŞ mallarına eyni - 34 faiz - gömrük vergisi tətbiq edəcəyini bildirib. Çin bununla kifayətlənməyib, ABŞ-nin təhdidlərinə qarşı çıxacağını və öz maraqlarını sonadək qoruyacağını bəyan edib. Çin rəsmiləri ABŞ-nin bu addımını "şantaj" adlandıraraq belə davranışların qəbuledilməz olduğunu vurğulayıblar.
Donald Tramp açıq şəkildə xəbərdarlıq etmişdi ki, əgər hansısa ölkə ABŞ-nin vergilərinə cavab olaraq eynisini edərsə, həmin ölkəyə qarşı daha sərt vergilər tətbiq olunacaq. Çin 34 faizlik vergini geri çəkmədiyinə görə, ABŞ da söz verdiyi kimi, 50 faiz əlavə vergi qərarını 9 apreldə reallaşdırıb.
Yeni vergilər yalnız Çinlə məhdudlaşmayıb. Avropa İttifaqına 20 faiz, Vyetnama 46 faiz, Yaponiyaya 24 faiz və bir sıra digər ölkələrə də müxtəlif faiz dərəcələrində əlavə tariflər tətbiq olunub. Türkiyə və Azərbaycan isə sadəcə 10 faizlik ümumi gömrük vergisi tətbiq olunan ölkələr arasındadır.
Hazırda dünya bazarlarında narahatlıq müşahidə olunur. İqtisadçılar bu gedişatın dünya iqtisadiyyatında sabitliyi poza biləcəyindən ehtiyat edirlər. ABŞ və Çin arasında başlayan bu gömrük müharibəsinin sonu hələ görünmür.
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlon Mask bir günə 30 milyardını itirdi
-
Dünya bazarında neft ucuzlaşmaqda davam edir
-
"Brent" ucuzlaşdı
-
Bir sıra sosial ödənişlərin məbləği artırılır - (Video)
-
Azərbaycanda qızılın 1 qramı 260 manata təklif olunur
-
Ziraat Bank Azərbaycan “Zəfər Günü” münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib - (Foto)
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb - (Yenilənib)
-
Ordubadda obyektə zərər vurdu - Saxlanıldı
-
İlon Mask bir günə 30 milyardını itirdi
-
Qızılın qiyməti dəyişdi
-
Almeyda Bakıya gəldi - (Video)
-
Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi
-
Rusiyanın itkiləri yeniləndi
-
Dünya bazarında neft ucuzlaşmaqda davam edir
-
38 yaşında futbolçu karyerasını bitirdi
-
Bakının iki rayonunda işıq kəsiləcək
-
Əməkdar artist: “Ailəmlə şəkil paylaşanlar bu uğurumuzu vermədilər” - (Video)
-
Avropa Liqasının IV turunun ilk matçı qolsuz bitdi
-
"Brent" ucuzlaşdı
-
Noyabr üç bürcə xoşbəxtlik və şans gətirəcək
-
Unitaza buz kubları atmağa başladılar - səbəb
-
"Azərbaycanda bunları ilk dəfə mən etmişəm" - Abbas Bağırov
-
Arıqlama iynələri tez qocaldır
-
Avropada ən ucuz ərzaq məhsulları haradadır?
-
“Sabah” “Vikinq”ə məğlub oldu - Çempionlar Liqası
-
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür - (Foto)
-
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
-
Oğrular evə girəndə ilk bu 5 yerə baxırlar
-
Günün qoroskopu: Dünyanızı alt-üst edəcək bir şey baş verəcək
-
Ceyran Qəhrəmanovaya vəzifə verildi





