Bəzi ağacların budaq və yarpaqları quruyur... Bəzilərində isə tam yetişməmiş məhsul çürüyür...
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, havaların sərt keçməsi Astarada sitrus bağlarına təsir edib.
Xüsusi ilə də limon təsərrüfatlarına...
Şaxta vurması nəticəsində limon ağaclarında qalan meyvələr çürüyüb, yarpaqlar saralıb.
İndi təsərrüfat sahibləri qurumuş agacları kəsərək yerində yenisini əkirlər. Onun da bar verməsi üçün illər lazımdır. Məsələ ilə bağlı Astara Dövlət Aqrar İnkişaf Mərkəzininin Direktoru Etibar Abbasov "Xəzər Xəbər"ə bildirib ki, bu il birdəfəlik subsidiya alanlar sığorta şirkətləri ilə müqavilə bağlayıblar. Sığorta könüllü olduğu üçün müqavilə bağlamayanlar var. Bu əkinçilərin əksəriyyəti sığorta müqaviləsi olmadığı üçün sığortadan bəhrələnə bilmir. Sığortası yoxdursa, nazirlik olaraq donvurma ilə bağlı heç bir vəsait nəzərdə tutulmur ki, onlara köməklik olunsun.
Daha ətraflı videomaterialı təqdim edirik.
Milli.Az