İqtisadiyyat

İqdır-Naxçıvan qaz kəmərinin ötürücülük qabiliyyətinin genişləndirilməsi perspektivi var - Nazir

5 Mart 2025 18:46
Baxış: 638
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İqdır-Naxçıvan qaz kəmərinin ötürücülük qabiliyyətini genişləndirmək perspektivi var.

Trend xəbər verir ki, bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov qaz kəmərinin işə salınması mərasimində bəyan edib.

"Bu çox əlamətdar bir hadisədir. Bu layihə Naxçıvana enerji tədarüklərini şaxələndirir. Bu layihə əhalinin rifahına xidmət edəcək. Gələcəkdə onun ötürücülük qabiliyyətini genişləndirmək imkanı var. O region üçün böyük önəm kəsb edir", -deyə nazir bildirib.

Onun sözlərinə görə, gələcəkdə bu layihə regionun inkişafında mühüm rol oynayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.