İqtisadiyyat

Azərbaycanda bu kəndlər birləşdirilir - VİDEO

2 Mart 2025 06:19
Baxış: 1 433
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda kiçik kəndlər birləşdirilə bilər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda ötən il 4244 kənd yaşayış məntəqəsi olub. Kəndlərin 514-də əhalinin sayı 100 nəfərdən azdır, 94 kənddə isə əhalinin sayı 5000-dən çoxdur. 

Milli Məclisin aqrar siyasət komitəsinin sədri Tahir Rzayev "Xəzər Xəbər"ə bildirib ki, Azərbaycanda kiçik kəndlərin birləşdirilməsi iqtisadiyyatın inkişafı, infrastrukturun təkmilləşdirilməsi, təhsil və səhiyyə xidmətlərinin yaxşılaşdırılması, eyni zamanda təbii resursların səmərəli istifadəsi baxımından müsbət nəticələr verə bilər.

Komitə sədri həmçinin onu da əlavə edib ki, artıq işğaldan azad edilən ərazilərdə bu konsepsiyanın həyata keçirilməsi üçün müəyyən addımlar atılır.

İqtisadçı Eldəniz Əmirov isə deyir ki, urbanizasiya prosesi nəticəsində gələcəkdə bəzi kəndlərdə əhalinin sayı daha da azala bilər. Bu baxımdan dünyanın bir çox yerlərində olduğu kimi, ölkəmizdə də kiçik, əhalisi az olan kəndlərin birləşdirilməsi gözləniləndir.

Daha ətraflı videomaterialı təqdim edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.