Ötən həftə Azərbaycanda sığorta bazarının yanvar ayı üzrə göstəriciləri açıqlanıb. Sığorta şirkətlərinin ödəniş, yığım haqları və onların dinamikası məlum olub.
Trend-in məlumatına görə, ötən həftə həm də Azərbaycanın bank sektorunda yanvar ayı üzrə göstəricilər dərc olunub.
Belə ki, bankların xalis mənfəəti azalıb, manatla kredit qoyuluşu artıb, manatla pul kütləsinin həcmi bilinib, manatın dövretmə sürəti 3,26 bənd təşkil edib, həmçinin, manatın nominal və real effektiv məzənnəsi artıb, iqtisadiyyata kredit qoyuluşu 5 milyard manata yaxın çoxalıb.
Bunlarla yanaşı, yanvar ayında regionlar üzrə kredit qoyuluşu və regionlardan cəlb olunan əmanətlərin həcmi bilinib. Qarabağ və Şərqi Zəngəzurdan cəlb olunmuş əmanətlərin həcmi artıb. Bu regionlar üzrə kredit qoyuluşunun həcmi məlum olub.
Ötən həftə həm də Azərbaycanın ödəniş sektorunun yanvar ayı üzrə göstəriciləri açıqlanıb.
Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin tərkibi təsdiq edilib.
Ötən həftə açıqlanan göstəricilərə görə, Azərbaycanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 20% artıb, özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 108,9 milyon manat olub.
Məlum olub ki, bu il yeni IPO bazara səhmlərini emissiya edəcək.
Ötən il ödənilmiş aqrar sığorta ödənişlərinin həcmi və bu il üçün Fondunun investisiya istiqamətləri 22-23 milyon manat civarında olacağı açıqlanıb.
Azərbaycan Mərkəzi Bankı:
Azərbaycan bankları daxili ipoteka kreditlərində azalma olacağını proqnozlaşdırır.
Azərbaycan bankları biznes kreditləri üzrə kredit tələbində dəyişiklik olmayacağını gözləyirlər.
Depozit faiz dərəcələrinin artması banklardakı depozitlərin həcminə müsbət təsir edib.
Azərbaycanda kredit kartları üzrə kredit standartlarında sərtləşmə davam edib.
Büdcə xərclərinin və kredit qoyuluşlarının inflyasiyaya təsirləri xüsusi diqqətdə saxlanılmalı olduğu bildirilib.
Azərbaycan banklarının "Bloomberg"də apardığı əməliyyatların həcmi məlum olub.
Banklararası pul bazarında formalaşan faizlər depozit faizlərinə təsir göstərməyə başlayıb.
Ötən il Azərbaycanın strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətlilik normalarını üstələyib.
Azərbaycan və dünya:
Azərbaycan Mərkəzi Bankı Berlin Qrup üzrə Açıq Maliyyə işçi qrupuna müşahidəçi qismində üzv olub.
Azərbaycanla Dünya Bankı arasında mövcud və icrasına başlanılacaq layihələr müzakirə olunub.
Azərbaycan və Çin müxtəlif istiqamətlərdə investisiya imkanlarını dəyərləndirib.
Azərbaycanla Xorvatiya arasında qarşılıqlı investisiyaların artırılması müzakirə edilib.
Xorvatiya - Azərbaycan İnvestisiya Forumu keçirilib.
İrandan Azərbaycana birbaşa investisiyaların həcmi açıqlanıb.
AYİB 2025-ci ildə Azərbaycanda sabit artım proqnozlaşdırdığını qeyd edib.
Milli.Az