İqtisadiyyat

Azərbaycanın valyuta ehtiyatları beynəlxalq normadan üstün olub

28 Fevral 2025 14:30
Baxış: 387
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2024-cü ildə də ölkənin strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətlilik normalarını üstələyib.

Bu barədə Milli.Az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bildirilib ki, ölkənin strateji valyuta ehtiyatları 2024-cü il ərzində 3.7% artaraq ÜDM-in 95.5%-nə çatıb. O cümlədən Mərkəzi Bankın valyuta ehtiyatları 2024-cü ilin sonuna 10959.5 mln. ABŞ dollarına bərabər olub.

"2024-cü ildə də ölkənin strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətlilik normalarını üstələmişdir. Belə ki, 2024-cü ilin sonuna ölkənin strateji valyuta ehtiyatları 33 aylıq mal və xidmət idxalına kifayət etmişdir (2024-cü ilin ilk 9 ayı üzrə mal və xidmət idxalı götürülməklə). Strateji ehtiyatlar manatla pul kütləsini (M2) 3.3 dəfə üstələmişdir (01.01.2025 tarixinə olan M2 pul aqreqatı götürülməklə)", - deyə məlumatda qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.