İqtisadiyyat

Tramp pul qarşılığı Ukraynadan bunu istəyir - AÇIQLAMA

26 Fevral 2025 19:08
Baxış: 534
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidentinin ölkəsi tərəfindən Ukraynaya xərclənən 500 milyard dolların müqabilində nadir torpaq metallarına sahib olmaq istəyi birmənalı qaşırlanmasa da bu qlobal siyasətdə qaydaların kəskin dəyişməsindən xəbər verir.

"26 trilyon dollardan çox təbii ehtiyatlara malik olduğu güman edilən Ukrayna qlobal təchizat zəncirində mühüm aktrlardandır. Ölkə 116 növ faydalı ehtiyatları əhatə edən təxminən 20 min faydalı qazıntı yatağına malikdir. Ukrayn titan, litium, berilyum, manqan, qallium, uran, qrafit, apatit, flüorit və nikel ilə zəngin ölkədir. Sadəcə bir faktı qeyd etmək lazımdır ki, Ukrayna Avropada ən böyük titan ehtiyatlarına, eləcə də litiumuna malik olmaqla dünya rezervlərinin 7 faizini formalaşdırır".

Milli.Az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

O bildirib ki,Ukraynanın malik olduğu resurslar müdafiə, yüksək texnologiya, aerokosmik və yaşıl enerji kimi sənayelər üçün vacib hesab olunur. Eyni zamanda elektrikli nəqliyyat vasitələrinə və bərpa olunan enerji texnologiyalarına keçid nəticəsində bu resurslara qlobal tələbatın kəskin artacağı gözlənilir.

"Son illər Qərb dövlətlərinin Ukrayanın malik olduğu resurslara marağı daha da yüksəlib. Rusiya-Ukrayna müharibəsindən öncə artıq Ukrayna ilə Avropa İttifaqı arasında bu istiqamətdə razılaşmalar imzalanmışdı. 2021-ci ilin iyulunda imzalanmış Kritik Minerallar üzrə Aİ-Ukrayna Strateji Tərəfdaşlığı 10 əsas xammala yönəlmiş 100 layihəni reallaşdırmaqla bu mənbə hesabına Avropada mədən resurslarına tələbin tam ödənilməsini hədəfləyirdi".

Deputat qeyd edib ki, böyük xammal ehtiyatlarına malik olan Ukrayna hər zaman birbaşa və ya dolayı olaraq qlobal aktrların diqqətində olub. Bu arada zəngin ehtiyatlara malik olan Ukrayna BMT-nin tanıdığı ərazilərinin 80 faizindən azına nəzarət edir və minimum əmək haqqı cəmi 192 dollardır.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.