Rəqəmsal manatdan kimlər istifadə edə biləcək? – Mərkəzi Bankdan açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rəqəmsal manatın geniş ictimaiyyət üçün əlçatan olması nəzərdə tutulur. Bununla yanaşı, beynəlxalq təcrübəyə uyğun olaraq, tətbiq prosesi mərhələli şəkildə həyata keçiriləcək.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Mərkəzi Bankdan bildirilib.
"İlkin mərhələdə rəqəmsal manatın məqsədləri və konsepsiyası müəyyən olunacaq. Pilot layihənin həyata keçirilməsi üçün seçilmiş maliyyə institutları və iri şirkətlərlə əməkdaşlıq qurulacaq. Məhdud dövriyyə və əməliyyat limiti tətbiq edilə bilər. Texniki infrastrukturun stabil işləməsi və təhlükəsizlik tədbirlərinin effektivliyi sınaqdan keçiriləcək", - deyə Mərkəzi Bankdan bildiriblər.
Qeyd edilib ki, sonkarı mərhələdə rəqəmsal manat geniş ictimaiyyətin istifadəsinə açıq olacaq:
"Fiziki və hüquqi şəxslər gündəlik əməliyyatlarında rəqəmsal manatdan istifadə edə biləcəklər. Maliyyə inklüzivliyinin artırılması və nağdsız iqtisadiyyatın təşviq edilməsi məqsədilə rəqəmsal manatın ödəniş sistemlərinə tam inteqrasiyası həyata keçiriləcək. Regional və beynəlxalq ticarət əməliyyatlarında istifadəsi ilə bağlı perspektivlər dəyərləndiriləcək. Bütün bu proseslər maliyyə bazarının iştirakçıları ilə sıx əməkdaşlıq çərçivəsində və beynəlxalq tənzimləmə standartlarına uyğun həyata keçiriləcək".
Rəqəmsal manatın texnoloji bazasının formalaşdırılmasında bir neçə yanaşma nəzərdən keçirilir.
"Dünyada mərkəzi bankların rəqəmsal valyutalarının (CBDC - Central Bank Digital Currency) tətbiqi istiqamətində geniş tədqiqatlar və pilot layihələr həyata keçirilir. Bu prosesdə əsas məqsəd maliyyə sisteminin səmərəliliyini artırmaq, nağdsız dövriyyəni genişləndirmək və rəqəmsal transformasiyanı dəstəkləməkdir", - Mərkəzi Bankdan bildiriblər.
Qeyd edilib ki, Azərbaycan Mərkəzi Bankı da bu sahədə aparılan qlobal təcrübələri nəzərə alaraq, rəqəmsal manatın tətbiq imkanlarını qiymətləndirir. Beynəlxalq Valyuta Fondunun texniki yardımı çərçivəsində CBDC-nin iqtisadi təsirləri, hüquqi çərçivəsi və texnoloji infrastrukturu ilə bağlı geniş təhlillər aparılıb:
"Rəqəmsal manatın texnoloji bazasının formalaşdırılması zamanı bir neçə əsas yanaşma - blokçeyn və paylanmış reyestr texnologiyaları (DLT - Distributed Ledger Technology) və mərkəzləşdirilmiş verilənlər bazası üzərində qurulmuş təhlükəsiz ödəmə platformaları nəzərdən keçirilir. Beynəlxalq təcrübədə fərqli yanaşmalara rast gəlinir. Məsələn, Çin Xalq Bankı rəqəmsal yuan üçün mərkəzləşdirilmiş idarəetmə modelindən istifadə edir, Avropa Mərkəzi Bankı isə rəqəmsal avronun texnoloji dizaynı üçün paylanmış reyestr texnologiyalarını test edir. Azərbaycan Mərkəzi Bankı beynəlxalq təcrübəni öyrənərək və yerli maliyyə sektorunun xüsusiyyətlərini nəzərə alaraq, rəqəmsal manatın texnoloji həllini müəyyən edəcək", - deyə Mərkəzi Bankdan qeyd ediblər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Türkiyə mətbəxindən haydari resepti
-
Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi





