KOBİA sahibkarları sahəvi görüşlərdə və maarifləndirici tədbirlərdə aktiv iştirak etməyə dəvət edir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2024-cü ildə 3000-dən çox sahibkarın iştirakı ilə 120-dən artıq sahəvi görüş və maarifləndirici tədbir keçirilib.
Sahibkarlıq fəaliyyəti ilə bağlı yeniliklər, dövlət dəstəyi mexanizmləri barədə biznes subyektlərinin məlumatlandırılması, çətinliklərinin və ehtiyaclarının öyrənilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə müxtəlif mövzularda sahəvi görüşlər və maarifləndirmə tədbirləri təşkil olunur. Görüşlər Bakı şəhərində və ölkə regionlarında olmaqla onlayn və oflayn formatlarda keçirilir. Mikro, kiçik və orta biznes subyektləri Agentlik tərəfindən mütəmadi olaraq təşkil olunan sahəvi görüşlərlə bağlı ətraflı məlumatı KOBİA-nın rəsmi internet səhifəsindən əldə edə bilərlər (https://smb.gov.az/az/events?slug=gorus).
Eyni zamanda sahibkarlar onları maraqlandıran mövzularda sahəvi görüşlərin və maarifləndirici tədbirlərin keçirilməsi üçün təkliflərini Agentliyə təqdim edə bilərlər ([email protected]).
Aidiyyəti dövlət qurumlarının və biznes assosiasiyaların nümayəndələrinin iştirakı ilə təşkil olunan görüş və maarifləndirici tədbirlərdə sahibkarlar mövcud dövlət dəstəyi alətləri, biznes sahəsində yeniliklər barədə məlumatlanlandırılır, onları narahat edən problemlər və onların həlli yolları müzakirə edilir, ehtiyacları və təklifləri dinlənilir, sahibkarları maraqlandıran suallar yerində birbaşa dövlət qurumlarının səlahiyyətli nümayəndələri tərəfindən cavablandırılır. Həmçinin, sahəvi görüşlərdə sahibkarlar tərəfindən qaldırılan məsələlərin həlli üçün dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində müvafiq tədbirlər görülür, sahibkarların təklifləri ümumiləşdirilərək aidiyyəti üzrə təqdim edilir.
Qeyd edək ki, 2024-cü ildə KOBİA-nın təşkilatçılığı ilə Bakı şəhərində və bölgələrdə 121 sahəvi görüş və maarifləndirmə tədbiri keçirilib. Bu tədbirlərdə 3000-dən çox sahibkar iştirak edib. Görüşlər əsasən çayçılıq, üzümçülük, istixana, şərabçılıq, heyvandarlıq, quşçuluq, yaşıl enerji, ekoturizm, nəqliyyat, logistika, ictimai-iaşə, ticarət, aqrobiznes, idxal-ixrac, reklam və digər fəaliyyət istiqamətlərini əhatə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək
-
Bakıda şirkətə 16 min dollar cərimə yazıldı
-
SOCAR "Neftçilər Günü" ilə bağlı videoçarx yayımlayıb
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
XƏBƏR LENTİ
-
Bakıda Formula 1 bahalaşması: günlük evlər 600 manat olacaq
-
Bakıda iki bağça fəaliyyətə başladı
-
Azərbaycan Qran-Prisinin rəsmi yarış cədvəli açıqlandı
-
Bu universitetlərdə dərslər onlayn keçiriləcək
-
Britaniyada hava nəqliyyatında yeni problem - Reyslər ləğv edilir
-
Monitor qadının üzərinə belə aşıb - Anbaan görüntülər
-
Tramp Pezeşkianla görüşə bilər - ABŞ Prezidenti açıqladı
-
1840,3 ha ərazi minalardan təmizlənib
-
"Barselona"da ciddi itki
-
Rus ordusu daha iki kəndi işğal etdi
-
Deputat səhiyyə nazirini tənqid etdi - Nazirlikdən cavab
-
Bu istiqamət üzrə əlavə qatar reysləri həyata keçiriləcək
-
17 milyondan 12 milyona düşdü - Bakıda dəbdəbəli malikanə satışda
-
Azərbaycanlı hakim dünya çempionatında
-
Bakıda əməliyyat edilən 31 yaşlı həkim vəfat etdi
-
Rusiyada seçkilərin ilkin nəticələri açıqlandı
-
Dövlət Uşaq Filarmoniyası istedadlı yetirmələri ilə musiqi bayramına öz töhfəsini verməyə davam edir - (Foto)
-
Zlatan İbrahimoviç: "Arda "Barselona"nı seçsəydi..."
-
Formula 1-dən Bakı ilə bağlı paylaşım - (Foto)
-
“Yeni ulduz”un münsifəri və aparıcısı bəlli oldu
-
Alim Qasımov Üzeyirlə duetindən danışdı
-
Lionel Messi Peleni geridə qoydu
-
Monitor AYNA-nın tədbirində aşıb?
-
Si Cinpin ABŞ-yə səfər edəcək





