"Bitcoin" və altkoinlər niyə ucuzlaşdı?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son məlumatlara görə, "Bitcoin"in (BTC) 28 mart tarixinə qədər 75 min dollara enmə ehtimalı 22%-ə yüksəlib. Bu göstərici bir həftə əvvəl 10% idi. ABŞ-ın Kanada, Meksika və Çinə tətbiq etdiyi yeni rüsumlar və inflyasiya narahatlığı kriptovalyuta bazarında dalğalanmalara səbəb olub.
Milli.Az xəbər verir ki, son dörd gündə "Bitcoin" 11% dəyər itirərək 93 min dolların, "Ethereum" (ETH) isə 2 min 200 dolların altına düşüb (Hazırda 95 min dollar səviyyəsində ticarə edir). Mütəxəssislər bildirirlər ki, texniki göstəricilərlə yanaşı, qlobal iqtisadi hadisələr də bu azalmaya təkan verib.
Qlobal iqtisadi qeyri-müəyyənliklər və rüsumların təsiri
ABŞ-ın ticarət tərəfdaşlarına tətbiq etdiyi əlavə vergilər idxal mallarının qiymətini artırır. Xüsusilə Çin üçün 10%, Meksika və Kanada üçün isə 25% əlavə rüsumlar inflyasiya təzyiqlərini gücləndirir. Bu vəziyyət mərkəzi bankların faiz endirimi gözləntilərinin azalmasına və nəticədə ABŞ dollarının dəyər qazanmasına səbəb olub. Dolların güclənməsi isə qlobal likvidliyin azalması ilə birlikdə riskli aktivlər hesab edilən kriptovalyutalara mənfi təsir edib.
"Derive" analitikləri rüsumların istehlakçı qiymətlərinə təsir edəcəyi ilə bağlı xəbərdarlıq ediblər. "Bitwise"ın Avropa üzrə məsul şəxsi Andre Draqoş pul təklifindəki azalmanın maliyyə bazarlarında şok effekti yarada biləcəyini bildirib. ABŞ prezidenti Donald Trampın elan etdiyi yeni idxal rüsumları həm maliyyə bazarlarına, həm də kriptovalyutalara təzyiq göstərib. Rüsumların qlobal tədarük zəncirlərinə və inflyasiyaya təsiri investorların risk algısını artırıb.
Kriptovalyuta bazarı, adətən, makroiqtisadi hadisələrə sürətli reaksiya verir. Trampın rüsum açıqlamasından sonra "Dogecoin" və "Shiba Inu"da baş verən satış dalğası bu vəziyyəti təsdiqləyir. Eyni zamanda, qlobal fond bazarlarındakı eniş tendensiyası da kriptovalyutalara olan tələbi müvəqqəti olaraq zəiflədib.
Texniki analiz və mütəxəssis proqnozları
"Bitcoin" qrafiklərində meydana gələn ikili zirvə forması 75 min dollar hədəfini göstərir. Bu texniki siqnal bazarda satıcıların üstünlük təşkil etdiyini göstərir. Artur Heys kimi bəzi analitiklər isə bu azalmanın müvəqqəti olduğunu və daha sonra yeni bir artım dalğasının başlaya biləcəyini bildirirlər. Heysə görə, "Bitcoin" 75 min dollar səviyyəsinə düşdükdən sonra daha güclü bir bərpa prosesi keçə bilər.
ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) "Dogecoin", "Solana" (SOL), "XRP" və "Litecoin" (LTC) ilə bağlı tənzimləmə addımları bazarlarda hərəkətlilik gözləntisini artırıb. Bu aktivlərin rəsmi təsdiq alması kapital axınlarını gücləndirə bilər. ABŞ Federal Ehtiyat Sisteminin (Fed) mümkün müsbət müdaxilələri də kriptovalyuta bazarında inamı bərpa edə bilər.
Likvidlik azalması və fyuçers bazarında geriləmə
Son 24 saat ərzində "Dogecoin"də milyonlarla dollarlıq likvidasiya əməliyyatı həyata keçirilib. "Shiba Inu"da isə likvidasiya həcmi nisbətən aşağı qalsa da, qiymət azalma tendensiyasını davam etdirib. Likvidasiyaların artması investorların stop-loss əmrlərini tetikləyərək satış təzyiqini daha da gücləndirib.
Fyuçers bazarı göstəriciləri açıq mövqelərin sürətlə azaldığını göstərir. "Dogecoin"də 33%, "Shiba Inu"da isə 46%-lik azalma bu aktivlərə olan inamın zəiflədiyini əks etdirir. Bazar iştirakçıları ticarət həcminin azalmasını volatilliyin artacağına işarə kimi qiymətləndirirlər.
Kriptovalyuta bazarında likvidlik azalması, adətən, qiymət hərəkətlərinin kəskin olduğu dövrlərdə baş verir. Mövcud vəziyyət investorların qısamüddətli spekulyativ əməliyyatlardan çəkinməli olduğuna işarə edir./valyuta.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Real Madrid”in sabiq hücumçusu İspaniya klubunu çalışdıracaq
-
Yasən Məmmədov vəfat etdi
-
Zelenski bu gün Danimarkaya səfər edəcək
-
Bankların kredit qərarlarında yeni qayda qüvvəyə mindi
-
Azərbaycan XİN Polşanın Krakov şəhərində baş verən atışma ilə bağlı başsağlığı verib
-
Ayın 11-də intensiv yağış yağacaq - Proqnoz
-
BDYP sürücülərə müraciət etdi
-
Hava ilə bağlı son məlumat
-
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb
-
Bakıda məşhur xəstəxana bağlanır
-
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
-
5 günlük tətil başlayır - Tarixlər açıqlandı
-
Dənizkənarı Milli Park ərazisində batan şəxs xilas edilib - (Video)
-
Qazaxda avtomobil yandı
-
Xankəndi stadionunda keçiriləcək ilk rəsmi oyun bu tarixdə olacaq
-
İşsizlikdən sığorta ilə bağlı yeni qayda təklif edildi
-
Rusiya strateji aviasiyasını niyə Uzaq Şərqə köçürür?
-
XİN-dən Atatürkün anım günü ilə bağlı paylaşım
-
Azərbaycan nefti ucuzlaşdı
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - (Video)
-
Dövlət Opera və Balet Teatrının təqdimatında Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı keçirilib - (Foto)
-
Nisyə mal satanlara yeni tələb qoyulur - Bu gündən
-
Azərbaycan Dövlət Uşaq Filarmoniyası Zəfər Gününü təntənə ilə qeyd edib - (Foto)
-
Dünyanın ən varlı musiqiçiləri kimlərdir?





