İqtisadiyyat

Birbank Biznes-dən sahibkarlara “Sürətli kredit” imkanı

14 Yanvar 2025 10:50
Baxış: 402
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birbank Biznes hər zaman bizneslər üçün rahat və əlçatan funksiyalar, o cümlədən fərqli məhsullar təqdim edir. "Sürətli Kredit" məhsulu da məhz bu yanaşmanın davamıdır. Artıq hüquqi şəxslər və fərdi sahibkarlar cəmi bir iş günü ərzində girovsuz və tamamilə onlayn şəkildə 300 000 AZN-dək məbləğdə kredit əldə edə bilərlər.

Qeyd edək ki, kredit 24 ayadək müddətə və illik 12%-dən başlayan sərfəli şərtlərlə sahibkarlara təqdim olunur.  

Bizneslərə dəstək olmaq, böyütmək və onların maliyyə çətinliklərini aradan qaldırmaq üçün yaradılan "Sürətli Kredit" imkanından yararlanmaq istəyən müştərilər öz ehtiyaclarına uyğun məbləği və müddəti seçə bilərlər. Xüsusilə qeyd etmək lazımdır ki, müştərilər filiala getmədən sənədlərini sistemə rahatlıqla yükləyib təsdiqlədikdən sonra sadəcə bir iş günü ərzində sərfəli şərtlərlə kredit əldə edə bilərlər.

Müraciət etmək üçün: https://kbl.az/bbilsk

Birbank Biznes müştərilərində suallar yaranarsa onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://b-b.az/bbpr saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.