“Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılması” layihəsi çərçivəsində biznes forum keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şamaxı Rayon İcra Hakimiyyətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Elm və Təhsil Nazilriliyinin İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə "Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılması" layihəsi çərçivəsində biznes forum keçirilib.
Dövlət və özəl qurumların nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İqtisadiyyat İnstitutunun direktoru Nazim Müzəffərli və İş Adamları Cəmiyyəti Milli Assosiasiyasının və "Marsol Group"un rəhbəri Tural Mustafayev ölkə regionlarının və sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirləri, Şamaxının biznes potensialı və bölgəyə investisiya qoyuluşu imkanları barədə fikirlərini bölüşüblər.
Tədbidə İqtisadiyyat İnstitutu tərəfindən 2024-cü il ərzində həyata keçirilmiş "Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılmasına təşviq və dəstək mexanizmlərinin hazırlanması" layihəsi üzrə görülmüş işlər barədə məlumat verilib. Qeyd olunub ki, layihənin məqsədi Şamaxı rayonuna özəl investisiyaların cəlb edilməsi imkanlarının araşdırılması, rayona sərmayə qoyuluşunun artırılması üçün təşviq və dəstək mexanizmlərinin hazırlanması olub. Bunun üçün Şamaxı rayonunun iqtisadi potensiali, demoqrafik xüsusiyyətləri, coğrafi mövqeyi, iqlim şəraiti, istehsal imkanları, insan kapitalı, maliyyə resursları ilə bağlı mövcud vəziyyət təhlil edilib, bir sıra xarici ölkələrin təcrübəsi öyrənilib, yerli sahibkarlar arasında sorğular keçirilib. Həmçinin, layihə çərçivəsində yerli sahibkarlarla görüşlər təşkil olunub, bir sıra dövlət qurumları, ekspertlər və KOBİA ilə əməkdaşlıq edilib.
Biznes forum zamanı məlumat verilib ki, tədqiqat Şamaxı rayonu üçün nəzərdə tutulsa da, ölkənin digər regionları üçün də nümunə olmaqla istifadə edilə, praktik idarəetmə qərarlarının hazırlanmasında, özəl investisiyaların cəlb olunmasında, yeni iş yerlarının açılmasında, istehsalın artmasında yerli icra hakimiyyəti orqanları üçün faydalı ola bilər. Araşdırmanın nəticəsi olaraq Şamaxının investisiya cəlbediciliyinin və biznes imkanlarının təşviqi üzrə konsepsiya hazırlanıb. Bununla yanaşı, KOB klasterlərin yaradılması, təbii balın və yerli dərman bitkilərinin tədarükü və qablaşdırılması, məişət tullantılarının səmərəli idarə edilməsi, aqroparkların, tədarük məntəqələrinin və soyuducu anbarların genişləndirilməsi, sənaye məhəllələrinin yaradılması, turizmin inkişafı üzrə təkliflər verilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
-
Dünya bazarında neft ucuzlaşdı
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Dünya bazarında neft ucuzlaşdı
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
XƏBƏR LENTİ
-
Bakıda sürücüləri çaşdıran dəyişiklik: 1 saata 50-dən çox cərimə
-
Rusiyada ayılara görə bəzi məktəblər bağlandı
-
"Kapital Bank" nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
-
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Bu şəxslər 2 min manatadək cərimələnə bilər - Diqqətli olun
-
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq
-
Ararat Mirzoyan Tehrana getdi
-
Kağız sənədlərlə bağlı yeni qərar
-
Bu ilin 9 ayı ərzində Səfərbərlik Xidmətində 144 nəfərlə bağlı materiallar prokurorluğa göndərilib
-
Prezidentin təltif etdiyi Jalə Əliyeva kimdir? - Dosye
-
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - (Video)
-
Ofelya ərinin adını mikrofonuna yazdırdı - (Foto)
-
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
-
Tierri Anri: “Demək olar ki, Arda tək oynayır, yetərli dəstəyin olmaması üzücüdür”
-
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib - (Foto)
-
ABŞ ordusu katerə zərbələr endirdi: Ölənlər var
-
Tramp süni intellektin adını dəyişdi
-
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi
-
Pünhan Piriyevin xanımı ilə diqqət çəkən rəqsi - (Video)
-
Millətlər Liqasında günün oyunları başa çatdı
-
Mingəçevirdə qadın bıçaqlandı - Əri polisə təslim oldu
-
ANS-in keçmiş əməkdaşı bu televiziyaya rəhbər vəzifəyə gətirildi
-
Rusiyada zəlzələ oldu
-
84 yaşlı məşhur hind aktyor yıxıldı - (Video)





