Sayca 9-cu “KOB Fest” sərgi-satış yarmarkası Göyçayda keçirilir - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Regionlarda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin tanıdılması və satış imkanlarının genişləndirilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə bölgələrdə keçirilən "KOB Fest" sərgi-satış yarmarkaları davam edir. Növbəti "KOB Fest" Göyçay rayonunda keçirilir. Sabir bağının ərazisində təşkil olunmuş və üç gün davam edəcək yarmarkada Göyçay, eləcə də ətraf şəhər və rayonlardan 70-ə yaxın KOB subyektinin məhsul və xidmətləri təqdim olunur. Yarmarkaya çıxarılan məhsullar arasında kənd təsərrüfatı və sənaye məhsulları, o cümlədən un məmulatları, tekstil, sərinləşdirici içkilər, suvenirlər, meyvələr, arıçılıq məhsulları, sənətkarların və yaradıcı şəxslərin əl işləri üstünlük təşkil edir.
Yarmarkanın açılış mərasimində çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov regionda sahibkarlıq fəaliyyəti üçün imkanlar, biznesin qurulması və inkişaf etdirilməsi üçün dövlət dəstəyi tədbirləri barədə məlumat veriblər. Qeyd olunub ki, müasir dövrdə satış kanallarının çeşidi və məzmunu dəyişsə də, sərgi və yarmarkalar bu gün də effektiv satış platforması kimi öz aktuallığını saxlayır. Yarmarkalar sahibkarlara müştərilər ilə birbaşa ünsiyyət qurmaq, öz brendini tanıtmaq imkanı verməklə satış imkanlarını və biznes əlaqələrini genişləndirir. Belə yarmarkalar zamanı sahibkarların qazandığı təcrübə isə biznes fəaliyyətinin təkmilləşməsinə xidmət edir.
"KOB Fest" sərgi-satış yarmarkası çərçivəsində həmçinin, mədəni-əyləncəli proqram, yaradıcı şəxslər və sənətkarlar tərəfindən master-klasslar da təşkil olunur. Yarmarka dekabrın 5-dək hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.
Göyçay rayonunda keçirilən "KOB-Fest" sərgi-satış yarmarkası cari il ərzində təşkil olunmuş sayca 9-cu tədbirdir. Bundan əvvəl "KOB-Fest" sərgi-satış yarmarkaları Bakıda, Göygöldə, Şəkidə, Gəncədə, Masallıda, Naxçıvanda, Zaqatalada və Xaçmazda təşkil edilib. Bu yarmarkalarda ümumilikdə 380-dən çox KOB subyekti və yaradıcı şəxslərin məhsul və xidmətləri təqdim olunub və satışı həyata keçirilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək
-
Bakıda şirkətə 16 min dollar cərimə yazıldı
-
SOCAR "Neftçilər Günü" ilə bağlı videoçarx yayımlayıb
XƏBƏR LENTİ
-
Eşşəkdən pələngədək: məşhurların ən qeyri-adi ev heyvanları
-
Ərinin geyiminə reaksiyası müzakirələrə səbəb oldu - (Video)
-
Ruh sağlamlığınızın pisləşdiyini göstərən 8 əlamət
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
Suyun içinə 3 qaşıq əlavə edin: Siçanlar yolunu dəyişəcək
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu





