İqtisadiyyat

Bu ərazidə torpaq bahalaşacaq - sotu 2 min manat idisə, indi 15 minə...

15 Noyabr 2024 00:25
Baxış: 635
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1 sotu 2 min manata olan torpaq sahəsi, 15 min manata təklif olunacaq...

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, söhbət paytaxtın Qaradağ royunu Ələt qəsəbəsindən gedir.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, infrastrukturun yenilənməsi, hava limanının tikilməsi bu ərazidə daşınmaz əmlakın qiymətinə təsir edib.

Ekspert bildirib ki, hazırda həmin ərazidə 1 sotu 2 min manata təklif olunan torpaq sahələrinin 2026-cı ilə qədər 6 min manatadək yüksələcəyi proqnozlaşdırılır. Hava limanı istifadəyə verildikdən sonra isə 2 min manata təklif olunan torpaq sahəsi 15 min manat civarında təklif olunacaq.

Qeyd edək ki, 2026-ci ildə inşasının başa çatırılması nəzərdə tutulan hava limanı 8 təyyarə dayanacağı, 4000 metrlik uçuş-enmə zolağı, taksi yolları, hava hərəkəti idarəetmə mərkəzi, yanacaq və yanğınsöndürmə xidmətləri və digər əlaqəli obyektləri əhatə edəcək.

Yeni obyektlər Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, geniş dəmir yolu və avtomobil qovşaqlarına, eləcə də yeni hava limanına çıxış əldə edəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.