İqtisadiyyat

Ziraat Bank Azərbaycanın İdarə Heyətinə yeni üzv təyin olunub

8 Oktyabr 2024 12:30
Baxış: 327
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın 19 ölkəsində fəaliyyət göstərən "Ziraat Maliyyə Qrupu"nun tərkib hissəsi olan "Ziraat Bank Azərbaycan" ASC-nin İdarə Heyətinə yeni üzv təyin olunub.

Ömer Yılmaz bank karyerasındakı fəaliyyətinə 2006-ci ildə T.C. Ziraat Bankasında kiçik mütəxəssis kimi başlayıb. İş dövrü ərzində T.C. Ziraat Bankası A.Ş.-nin bir çox mühüm filiallarında müdir vəzifəsində çalışan Yılmaz zəngin bank təcrübəsinə malikdir.

"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 9 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.  

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın InstagramTwitterLinkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.