Azərbaycanda “karbon vergisi”nin tətbiqi nəzərdən keçirilir - Mikayıl Cabbarov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ortamüddətli perspektivdə ölkəmizin vergi siyasətində yaşıl enerjinin dəstəklənməsi prosesi davam etdiriləcək.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu" mövzusunda keçirilən konfransda deyib.
Nazir bildirib ki, iqlim dəyişikliyinə qarşı mübarizə və "yaşıl texnologiyalar"dan istifadənin genişləndirilməsi məqsədilə ekoloji və "yaşıl vergilər"in tətbiq dairəsinin müəyyən edilməsi istiqamətində iş aparılır.
"Bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, karbon emissiyasının azaldılması məqsədilə "karbon vergisi" və ya analoji verginin tətbiqi imkanlarının qiymətləndirilməsi nəzərdən keçirilir. Yaşıl iqtisadiyyata dəstək tədbirlərindən biri kimi sənaye parklarını, xüsusilə tullantıların təkrar emalı sahəsində ixtisaslaşmış Balaxanı Sənaye Parkını qeyd etmək olar.
Park ölkədə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun inkişafı, istehsal sahəsində məşğulluğun artırılması, Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir. İş adamlarımız yaradılmış bu imkanlardan faydalanaraq, qabaqcıl çağırışlara uyğun innovativ istehsal sahələri qura bilərlər", - deyə nazir vurğulayıb.
Nazir qeyd edib ki, sahibkarların "yaşıl layihələri" Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlərlə maliyyələşdirilir:
"İndiyədək fondun güzəştli kreditlərindən yararlanmış "yaşıl layihə"lər təkrar emal, alternativ enerji mənbələrinə keçid, elektromobillər üçün elektrik doldurma məntəqələrinin yaradılması kimi istiqamətləri əhatə edir. "Yaşıl layihə"ləri, həmçinin qrant, "Startap" şəhadətnaməsi, daxili bazar araşdırmasının aparılması, təlim, sərgilərə, maliyyə imkanlarına çıxış kimi alətlərlə KOBİA tərəfindən dəstəklənir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanlı müğənni tanınmaz halda: 28 kilo arıqladı - (Video)
-
Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? - AQC rəsmisindən açıqlama
-
İrandan Almaniyaya gedən yükdə 29 kiloqram metamfetamin aşkarlandı
-
5 günlük tətil başlayır
-
Boşanan cütlüyün duyğusal anları diqqət çəkdi – Həm güldü, həm də ağladı - (Video)
-
Hava kəskin dəyişir - Temperatur 10 dərəcəyədək enəcək
-
Bu yanacaqdoldurma məntəqəsində təhlükəsizlik qaydaları pozulub - Bağlandı
-
Eduard Məmmədov Avropa çempionu oldu, Fuad Zeynalov finalda uduzdu - (Foto)
-
Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
-
Paytaxt rayonlarında qışa hazırlıqla bağlı müşavirələr keçirilir - (Foto)
-
Qvardiolanın yeni iş yeri bəlli oldu
-
Xəzər mənzərəli irimiqyaslı “Caspi Yards” layihəsi və 44 mərtəbəli “Zəfər Qülləsi” təqdim olunub - (Video/Foto)
-
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı
-
Rusiya ordusu Ukraynada daha iki yaşayış məntəqəsini ələ keçirdi
-
Stilist Anarın Bülent Ersoyla təyyarədəki görüntüsü gündəm oldu - (Video)
-
Qriqori Lepsin keçmiş sevgilisi azərbaycanlı iş adamı ilə evlənir: Nazir müavininin oğludur - (Foto)
-
Məktəb müəllimi universitet müəllimindən daha çox maaş alır - Deputat
-
Kolett Kressi Nvidia-nın müvəqqəti baş direktoru təyin edildi
-
Fəxriyyə Xələfova: "Falçı yanında olmuşam"
-
Rumıniyada kimya kompleksində xlor sızması baş verib, 260 nəfər təxliyə edilib
-
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli oldu
-
Gələn il bu müavinətlər artırılacaq
-
Media və Yayım Şurası Azərbaycan-Ermənistan sərhədi ilə bağlı yayılan fotolara etiraz edib
-
Ayın 13-də 22 dərəcə isti olacaq - Proqnoz





