İqtisadiyyat

Bu rayonlardan Laçına marşrut xətləri açılacaq

11 İyul 2024 20:14
Baxış: 1 440
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Laçın rayonunda ümumilikdə 35-dən çox sənaye və istehsalat müəssisəsi qurulub.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Hüseyn Quliyev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, həmin müəssisələrdə Laçın sakinləri çalışır, əməkhaqqı isə yaşayış şəraitinə uyğun tənzimlənir:

"Sakinlərin nəqliyyat əlçatanlığı normal səviyyədə təmin olunub. Laçın şəhəri, Sus və Zabux kəndləri, "Zerti" Sənaye Kompleksi arasında marşrut xətləri istifadəyə verilib. Bu yaxınlarda şəhərlərarası nəqliyyatın asanlaşdırılması üçün irihəcmli nəqliyyat vasitələrinin istifadəyə verilməsinə nail olacağıq.

Bərdə-Laçın, Mingəçevir-Laçın, Horadiz-Laçın və Sumqayıt-Laçın, Bakı-Laçın müntəzəm marşrut xətlərinin istifadəyə verilməsi də planlaşdırılıb, bununla bağlı müsabiqə elan edilib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.