İqtisadiyyat

Azərbaycan neft emalını ARTIRIB

16 Oktyabr 2023 16:31
Baxış: 1 035
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 4,9 mln. ton neft emal edilib, bu da illik müqayisədə 8,9% çoxdur.

Milli.Az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Qeyd edək ki, ötən ilin yanvar-sentyabr aylarında Azərbaycanda 4,5 mln. ton neft emal edilib.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.