İqtisadiyyat

"Taxıl Dəhlizi" çərçivəsində Türkiyə ən çox taxıl daşınan üçüncü ölkədir - Uraloğlu

27 İyun 2023 11:34
Baxış: 789
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Rusiya-Ukrayna müharibəsi səbəbiylə "ərzaq böhranı" riskini aradan qaldırmaq üçün yaradılan "Taxıl Dəhlizi" -ində ən çox taxıl daşınan üçüncü ölkə olub.

Milli.Az TurkicWorld-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

"44 ölkənin yer aldığı siyahıda 987 gəmidən 290-ı Türkiyə bayraqlı, 224 gəmi isə ölkəmizin müxtəlif limanlarına gəlib. Gəmilər vasitəsilə ölkəmizə ümumilikdə 13 növ taxıl və çeşidli taxıl məhsulları gətirilib". - deyə nazir qeyd edib.

1 avqust 2022- 20 iyun 2023-cü il tarixləri arasında daşınan taxılın ümumi miqdarının 32 milyon ton olduğunu bildirən Uraloğlu, bunun 3 milyonun 659 min tonunun Türkiyə limanlarına çatdırıldığını qeyd edib.

""Taxıl Dəhlizi" çərçivəsində bu zamana qədər 7 milyon 662 min 808 tonla ən çox yük Çinə daşınıb" - deyə nazir əlavə edib.

O bildirib ki, Çini müvafiq olaraq İspaniya, Türkiyə və İtaliya izləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.