İqtisadiyyat

ARDNŞ-in yeni vitse-prezidentlərinin təqdimatı olub - FOTO

15 May 2010 11:43
Baxış: 386
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı şirkətin saytına istinadən xəbər verir ki, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev tədbirdə çıxış edərək son illər ARDNŞ-nin əldə etdiyi uğurlardan, qazandığı nailiyyətlərdən, həyata keçirdiyi sosial-iqtisadi, ekoloji layihələrdən danışıb, beynəlxalq və ölkədaxili arenada genişlənməkdə olan fəaliyyət istiqamətlərindən söz açıb.

Bildirilib ki, şirkət böyüyüb inkişaf etdikcə, onun strukturu daha da təkmilləşdirilir. Bu yaxınlarda Azərbaycan prezidenti ARDNŞ-nin idarəetmə strukturunda neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezident ştatının yaradılmasına qərar verib. Dövlət başçısının sərəncamı ilə bu vəzifəyə Rəhman Qurbanov təyin olunub. Ölkə başçısının başqa bir sərəncamı ilə Soltan Əliyev ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti təyin edilib.

R.Abdullayev Rəhman Qurbanov və Soltan Əliyevin əmək fəaliyyətindən danışıb, onların ARDNŞ kollektivində böyük nüfuza malik yüksək səviyyəli rəhbər kadrlar olduqlarını vurğulayıb.

Milli.Az

--------------------------------------------------------------------------------

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.