İqtisadiyyat

Avrora Qrup onkoloji xəstəlikləri olan uşaqları sevindirib - FOTO

15 Fevral 2023 11:00
Baxış: 1 386
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avrora Qrup onkoloji xəstəlikləri olan uşaqları sevindirib.

Hər il 15 fevral dünyada və ölkəmizdə Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü kimi qeyd olunur. Bununla əlaqədar bütün dünya xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara və onların ailələrinə dəstək olaraq uşaqlara sevinc və təbəssüm bəxş etməyə çalışır.

Bu günə diqqət çəkmək, xərçəng xəstəlikli uşaqların üzündə təbəssüm yaratmaq üçün Avrora Qrup Uşaq Onkoloji Klinikasında müalicə alan uşaqlara maraqlı layihə həyata keçirib. Belə ki, Azərbaycan Dövlət Kukla Teatrının dəstəyi ilə klinikada müalicə alan uşaqlara səyyar teatr tamaşası nümayiş olunub. Bundan başqa uşaqlar üçün şar və köpük şou, müxtəlif animatorlar və personajların iştirakı ilə maraqlı oyunlar təşkil edilib. 
Tədbirin sonunda Avrora Qrup tərəfindən hər bir uşağa müxtəlif hədiyyələr təqdim edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.