Nazirlikdən bahalaşmaya münasibət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün dünyada gedən geosiyasi vəziyyət, eləcə də qlobal iqlim dəyişmələri ərzaq məhsullarının bahalaşmasında özünü göstərir. Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə işlər görür.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında Kənd Təsərrfüatı Nazirliyinin Torpaqlardan İstifadə şöbəsinin müdiri Firidun Tağıyev deyib.
Şöbə müdiri bildirib ki, ərzaqlıq buğdanın stimullaşdırılmasına dair fərman imzalanıb.
"Bizim əsas asılılığımız buğda idxalı ilə bağlıdır. Pivot suvarma sistemi tətbiq edən fermerlər nazirliklə müqavilə bağlayıb ərzaqlıq buğda istehsal etdiyi təqdirdə onun hər tonuna 100 manat əlavə məhsul subsidiyası əldə edəcək. Bu, ciddi təşviqdir və buna maraq var. Birinci mərhələdə 23 500 hektar müəyyənləşdirərək Nazirlər Kabinetinə təqdim etmişik. Bu gün ölkəmizdə 56 min hektarda pivot suvarma sistemi tətbiq olunur.
Bu, su qıtlığı yaşayan ölkə kimi bizim üçün çox vacibdir. Beş il ərzində 56 min hektarın 200 minə çatdırılması hədəflənir. Ciddi rəqəmdir və maliyyə yükü deməkdir. Təxmini hesablama aparmışıq ki, bu fərman çərçivəsində dövlətin qoyduğu investisiya təşviqi 1 milyard manatın üzərindədir. Düşünürük ki, bu ciddi şəkildə kənd təsərrüfatının inkişafına töhfə verəcək", - deyə o qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Pultda "0" düyməsinə uzun basanda işə düşür: Çox adam bunu bilmir
-
Göyçayda 4 nəfərlik qeyri-adi velosiped - sürücünün 12 yaşı var - (Video)
-
Yamal futbolda əsas hədəfini açıqladı
-
Eşidənlər zeytun tumunu artıq zibilə atmır
-
Günün bu saatında içilən kofe damarları daxildən zədələyir
-
Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə
-
"Barselona"nın oynadığı futbol deyil" - Simeone
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
Kloppdan Almaniya millisinə sərt qadağalar
-
Yasamal və Xəzərdə işıq olmayacaq - Yenilənib
-
Niderland “Avroviziya”nı boykot etdi
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin
-
Rəqsanə İsmayılovaya ağır itki
-
Şəkidə iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb
-
İrandakı azərbaycanlılar ölkəyə necə qayıdacaqlar? - (Video)
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var - (Video)
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - (Video)
-
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - Yenilənib - (Video)





